Məhkəmə qərarları › İş №8(007)-266/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-266/2022

11.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-266/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2054/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu “məcburi qaydada gətirilməsi” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2054/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın saxlanılması üçün 160 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İcra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə borcluya göndərilmişdir. Borclu könüllü müddət ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. Sonrakı müddət ərzində Borclu borcla əlaqədar borcunun olması bildirilsə də, borcu ödəməmiş, dəfələrlə şöbəyə dəvət olunmasına baxmayaraq şöbəyə gəlməmiş, gəlməməsinin səbəbini bildirməyərək, məhkəmə qərarını qərəzli formada icra etməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci və 84.3-cü maddələrini rəhbər tutaraq Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2054/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1975-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, icra sənədi üzrə borclunun məcburi qaydada gətirilməsi dair icra məmurunun təqdimatı əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Borclu ünvanlanmış xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borcludan Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2054/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsulliyətə cəlb ediləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Elman İsrafilov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Nizami rayon məhkəməsinin 2(007)-2054/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan qaydada tələbin könüllü icrası borclu tərəfindən həyata keçirilməmiş, görülmüş icra tədbirləri nəticə verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunu 84.2-ci maddəsinə əsasən icra məmurunun çagırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə borclunun icra sənədini könüllü icra etməməsini, eləcə də icra orqanına gəlmək barədə icra məmurunun tələblərini yerinə yetirməməsini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2054/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu xx.xx.1975-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu polis orqanı vasitəsi ilə Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilmə növündə məcburiyyət tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatı təmin edilsin. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2054/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu xx.xx.1975-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar