Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-266/2023 14.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Borclu iştirakı ilə, Borclu “məcburi qaydada gətirilməsi” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqova Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2260/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-2260/2022-021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X4 Tələbkar ASC-nin xeyrinə 10306,55 manat əsas borc, 1864,03 manat faiz borcu, 388,6 manat cərimə borcu olmaqla, cəmi 12559,18 manat borc və ödənilmiş 128 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524 məhəllə, ev 1, 73 saylı mənzilə (yeni qaydalarla Bakı şəhəri, Məmmədəli Şərifli küçəsi, 239, m12, m3) yönəldilməlidir. Mənzilin ilkin satış qiyməti 125.000 manat müəyyən edilməli və həmin mənzil açıq hərracdan satılmalıdır. Əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməlidir. Satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra X2, X9, Borclu və X5 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524 məhəllə, ev 1, 73 saylı mənzildən (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, m12, m3) çıxarılmalı və mənzil boşaldılaraq banka təhvil verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X7 icra sənədində göstərilən Baki şəhəri, ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, icra şöbəsi tərəfindən heç bir bildiriş, xəbərdarlıq gəlməmişdir. Onu icra şöbəsinə çağırmamışlar. Yalnız hazırki məhkəməyə bildiriş gəlib. O, da çağırışa gəlib. Təqdimatı vermiş icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2260/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia təmin edilmiş, X9 ilə Tələbkar ASC arasında bağlanmış MK/68217/77/3 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, X4 Tələbkar ASC-nin xeyrinə 10306,55 manat əsas borc, 1864,03 manat faiz borcu, 388,6 manat cərimə borcu olmaqla, cəmi 12559,18 manat borc və ödənilmiş 128 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524 Məhəllə, ev 1, 73 saylı mənzilə (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, m12, m3) yönəldilməsi, mənzilin ilkin satış qiyməti 125.000 manat müəyyən edilməsi və həmin mənzil açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsi, satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutulmanın ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra X1, X6, Borclu və X3 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524 Məhəllə, ev 1, 73 saylı mənzildən (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, m12, m3) çıxarılması və mənzilin boşaldılaraq banka təhvil verilməsi qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2260/2022-021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişinin surətindən görünür ki, Borclu Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2260/2022-021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuşdur. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Türkan Hümbətzadənin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2260/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1975-ci ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Borclu Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, təqdimatda icra məmuru tərəfindən borclunun məhkəmə qərarının icrası ilə bağlı dəfələrlə şöbəyə dəvət olunmasına baxmayaraq şöbəyə gəlməmiş, gəlməməsinin səbəbini bildirməyərək, məhkəmə qərarını qərəzli formada icra etməməsi qeyd olunsa da, şöbəyə dəvət olunmasını təsdiq edən telefonoqram, o cümlədən borclunun çağırışa gəlməməsinin səbəblərinin üzrlü və ya üzürsüz səbəbdən baş verməsini təsdiq edən müvafiq sənədlər, təqdimata əlavə olunmuş qərarın, bildirişin, göndərişin, xəbərdarlığın borclu tərəfindən almasını təsdiq edən xəbərnamə və ya reyestr təqdimata əlavə edilməmişdir. Bununla da icra məmurunun borclunu məlumatlandırmaq istiqamətində gördüyü tədbirlərin və ya göndərdiyi qərar və bildirişlərin formal olaraq icra işinə əlavə olunması müəyyən olundu. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Hazırki halda, Borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayınmasını təsdiq və sübut edən hər hansı sənəd təqdimata əlavə edilmədiyindən və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, icra məmurunun borclunun məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2260/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsi barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatı təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-266/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-266/2023
14.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver