Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-273/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Tələbkar iştirakı ilə, Borclu Sərxanli Hicran Səyavuş qızına məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Türkan Hümbətzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Türkan Hümbətzadə təqdimatla məhkəməyə müraciət edərək, Sərxanli Hicran Səyavuş qızına məxsus olan ünvan 1 ünvanında ümumi ölçüsü 0,01162 ha olan torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 137,2 kv.m olan bağ evinin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-964/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Sərxanli Hicran Səyavuş qızından 13950 manat məbləğində pul vəsaiti və 130 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu Sərxanli Hicran Səyavuş qızının icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etməmiş, xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək tələbin ünvan 1 ünvanında ümumi ölçüsü 0,01162 ha olan torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 137,2 kv.m olan bağ evinə yönləndirilməsini xahiş etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarı dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-964/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, cavabdehlər Borclu və X1 13950 manat məbləğində pul və ödənilmiş 130 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 964/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 964/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Sərxanli Hicran Səyavuş qızının mülkiyyətində Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev152A ünvanında ümumi ölçüsü 0,01162 ha olan torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 137,2 kv.m olan bağ evi vardır. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Sərxanli Hicran Səyavuş qızının Tələbkar borcu yaranmışdır, borclunun barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək onun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına bağ evinin qeydə alındığı aşkar olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözü gedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə borclu Sərxanli Hicran Səyavuş qızına məxsus ünvan 1 ünvanında ümumi ölçüsü 0,01162 ha olan torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 137,2 kv.m olan bağ evinin üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi xx.xx.2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edib, tələbin 10 (on) gün müddətində icrası haqqında borcluya məlumat verilsə də borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-964/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu Sərxanli Hicran Səyavuş qızına məxsus ünvan 1 ünvanında ümumi ölçüsü 0,01162 ha olan torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 137,2 kv.m olan bağ evinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Sumqayıt Şəhər Ərazi İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-273/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-273/2024
30.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver