Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-274/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, X1 borcun hissə-hissə icra edilməsinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1638/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilən borcun hissəhissə, 18 ay müddətinə ayda 500 manat olmaqla ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, ərizə baxılmadan geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Hazırkı halda müəyyən edildi ki, X2 tərəfindən hissə-hissə icra edilməsini xahiş etdiyi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1638/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra şöbəsinin icraatında olub-olmaması, icra sənədinin icrasının hansı mərhələdə olması və bunu təsdiq edən digər zəruri sübutlar ərizəyə əlavə edilməmişdir. Qeyd etmək lazımdır ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəasından da görünür ki, tərəflər icra sənədinin hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Belə ki, məhkəmə tərəfindən icra sənədi məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra tərtib edilir. Lakin hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1638/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minməmiş və icra edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, borclunun ərizəsi mahiyyəti üzrə baxılmadan geri qaytarılmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1638/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi icra yönəldikdən sonra borcun hissə-hissə icra edilməsi barədə ərizə ilə təkrarən məhkəməyə müraciət etmək hüququnun olması borcluya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 borcun hissə-hissə icra edilməsinə dair ərizəsi baxılmadan geri qaytarılsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1638/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi icra yönəldikdən sonra borcun hissə-hissə icra edilməsi barədə ərizə ilə təkrarən məhkəməyə müraciət etmək hüququnun olması X2na izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-274/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-274/2022
18.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver