Məhkəmə qərarları › İş №8(007)-278/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-278/2023

20.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-278/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, X8 qızının katibliyi, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X3, Tələbkarın nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3988/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsi barədə icra məmuru Tahir Ağayevin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3988/2018 saylı xx.xx.2018-ci tarixli icra sənədinə əsasən iddia təmin edilərək, X2 ilə "xxxx" MMC ilə arasında bağlanmış əmək müqaviləsinə 30 sentyabr 2017-ci il tarixdən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə həmin məlumat elektron informasiya sisteminə daxil edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Tahir Ağayev ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədinin icrasının X4nə həvalə edilməsinə dair qətnaməyə izah verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3988/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən X2 ilə "xxxx" MMC ilə arasında bağlanmış əmək müqaviləsinə 30 sentyabr 2017-ci il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə həmin məlumat elektron infarmasiya sisteminə daxil edilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş qanunvericiliyə əsasən icra tədbirləri həyata keçirilsə də, tələbin icrasını təmin etmək mümkün olmamışdır. Belə ki, X2 "xxxx" MMC-nin direktoru olmuş, xx.xx.2017-ci il tarixdə direktorluq fəaliyyətinin müddəti bitmişdir. Odur ki, məhkəmə qətnaməsinin icrasını təmin etmək mümükün olmamışdır. Belə ki, direktor kimi səlahiyyəti olmadığı və yeni direktor təyin edilmədiyi üçün icra sənədindən irəli gələn tələbi elektron sistemə daxil etmək mümkün olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən icra sənədi xx.xx.2019-cu il tarixdə izah verilmiş, həmin izah da icra sənədində göstərilən tələbin icra edilməsini tam əhatə etməmişdir. İş üzrə tələbkar X2 şöbəyə müraciət edərək, tələbin icra edilməsini və buna görədə qətnaməyə izah verilməsini xahiş etmişdir. O bildirmişdir ki, icra sənədinə əsasən məlumatın elektron informasiya sisteminə daxil edilməsi müəyyən edilsədə, hal hazıradək icra sənədində göstərilən tələbin icrası təmin edilməmişdir. Uzun müddət keçməsinə baxmayaraq məhkəmə qətnaməsi icra edilməmiş, nəticədə, onun konstision hüquqları pozulmuşdur. Məhkəmə qətnaməsinin icrasının təmin edilməsi üçün icra sənədinin icrasının X4nə həvalə edilməsi zəruridir. İcra sənədinin icrasını həmin qrum təmin edə bilər. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X7 ərizənin təmin edilərək, qətnaməyə izah verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili Nümayəndə qətnamənin icrası təmin edilmədiyindən qətnaməyə izah verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iddiaçı Tələbkar "xxxx" MMC-nin təsisçisi Ramazan Güreşçinin 14 sentyabr 2016-cı il tarixli qərarı ilə "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilmiş, eyni zamanda bu barədə onunla əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən və faktiki olaraq direktorluq fəaliyyətinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Cavabdeh yeni qanuni təmsilçi (direktor) təyin edilməsi barədə Bakı Vergilər Departamentinin Kommersiya X6 qeydiyyatı idarəsinə müvafiq qərar təqdim etmədiyindən kommersiya qurumunun dövlət reyestrindən çıxarışda iddiaçı qanuni təmsilçi direktor) kimi qalmış və nəticədə cavabdeh cəmiyyətin vergi borcuna görə iddiaçının ölkədən getməsinə məhdudiyyət qoyulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3988/2018 saylı xx.xx.2018-ci tarixli icra sənədinə əsasən iddia təmin edilərək, X2 ilə "xxxx" MMC ilə arasında bağlanmış əmək müqaviləsinə 30 sentyabr 2017-ci il tarixdən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə həmin məlumat elektron informasiya sisteminə daxil edilməsi qət edilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə qətnaməyə izah verilmiş və “elektron informasiya sistemi” Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X6 Qeydiyyatı İdarəsinin elektron İnformasiya sistemi müəyyən edilmişdir. Lakin buna baxmayaraq, qətnamənin icrasını təmin etmək mümkün olmamış, tələbkarın əmək müqaviləsinə xitam verilməsi barədə məlumat elektron informasiya sisteminə daxil edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasənə birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Göründüyü kimi, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və hazırda Bakı şəhəri Nizami rayon icra şöbəsinin icraatındadır. Lakin məhkəmə qətnaməsində əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın hansı elektron sistemə yerləşdirilməsi ilə bağlı məlumatlar göstərilmədiyindən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, həmin qətnaməyə izah verilməlidir. Belə ki, bu, tələbkarın mənafeyinə uyğun olmaqla yanaşı, icra hərəkətləri zamanı yaranmış anlaşılmazlıqların aradan qaldırılmasına, qətnamənin vaxtında icra edilməsinə xidmət etmiş olur. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3988/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsi barədə icra məmuru Tahir Ağayevin ərizəsi təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3988/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməli, X1 "xxxx" MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi məlumatın elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 230, 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3988/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilsin: X1 "xxxx" MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar məlumatın elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar