Məhkəmə qərarları › İş №8(007)-279/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-279/2022

24.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-279/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Tələbkar, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1 iştirakları ilə, Borclu məcburi gətirilməsi barədə icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Elman İsrafilov borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş, təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədinə əsasən Tələbkar övladı xx.xx.2019-cu il təvəllüdlü X4 ilə ananın iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək, iki və ya daha çox davam edən bayram günlərində isə ikinci bayram günü saat 11:00-dən saat 16:00-dək ünsiyyətdə olmaq hüququ verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə tələbin icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu hal barədə müxtəlif tarixlərdə tələbkarın iştirakı ilə aktlar tərtib edilmişdir. Həmçinin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclunun məcburi gətirilməsi haqqında qeyd edilən qərar xx.xx.2022-ci il tarixdə tərəflərindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Qeyd edilənlərə əsasən Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar izahat verərək bildirdi ki, o, hər həftənin bazar günü övladı ilə səhər saat 11:00-dan axşam 18:00-dək, iki və daha çox davam edən bayram günlərində isə ikinci bayram günü saat 11:00-dan saat 16:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. O, artıq bir ilə yaxındır ki, uşağını görmür. Alimenti vaxtlı-vaxtında ödəyir. Qeyd edilənlərə əsasən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatın dəlillərinə uyğun izahat verərək, təqdimatın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclu müxtəlif bəhanələr gətirərək, görüşün keçirilməsinə maneələr törədir. Uşağın xəstə olduğunu, evdə olmadığını bildirir. O, borclunun evinə də getmişdir. Qətnamənin icra edilməyəcəyi təqdirdə hüquqi nəticələri barədə də məlumat vermişdir. Borclu haqqında bir dəfə də məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın və icra məmurunun izahatını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1357/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilərək, Tələbkar övladı xx.xx.2019-cu il təvəllüdlü X4 ilə ananın iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək, iki və ya daha çox davam edən bayram günlərində isə ikinci bayram günü saat 11:00-dən saat 16:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1357/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. - Bakı şəhər Nizami rayon İcra şöbəsinin borclunun məcburi gətirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.1989-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunun Dəmirçi kəndində anadan olmuş, ünvan 2 ünvanında yaşayan Borclu Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Aktların surətlərindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1357/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası baş tutmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, icra şöbəsinin icraatında olan icra sənədi üzrə borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə məhkəmə hesab edir ki, təqdimat təmin edilərək sözügedən borclu barəsində məcburi gətirilmə tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1357/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1989-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunun Dəmirçi kəndində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Nizami rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar