Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-284/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə icra məmuru Elman İsrafilovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu Tələbkar xeyrinə 1000 manat məbləğində maddi zərər, 30 manat dövlət rüsumunun əvəzi tutulmalı, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində vəsait Borclu tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İcra məmurunun təqdimatına əsasən, Borclu mülkiyyətində avtomobil aşkar edilmiş və icra məmurunun təqdimatı əsasında verilmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-254/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə “Nissan Tiida” minik markalı ** DU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda icra məmuru Elman İsrafilov təqdimatla məhkəməyə müraciət edərək, həmin nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra zamanı tələbkar şöbəyə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Təqdimat vermiş icra məmuruna və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş, Tələbkar xx.xx.2022-ci il tarixdə ərizə verərək icra vərəqəsi üzrə borcun Borclu tərəfindən ona maddi ziyan və dövlət rüsumu ilə birlikdə 1030 manatın tam şəkildə ödənildiyini bildirmiş və onun nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsini və icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Borclu tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində vəsait ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin qüvvədə qalması zərurəti aradan qalxmışdır. Ona görə də, icra məmurunun təqdimatı təmin edilməli, avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “Nissan Tiida” minik markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-254/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-284/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-284/2022
26.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver