Məhkəmə qərarları › İş №8(007)-284/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-284/2023

27.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-284/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət etmiş, təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1895/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 5503,6 manat məbləğində borc tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İddianın təmin tədbiri nəticəsində Borclu məxsus “VAZ 21074" markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə icra rurunun təqdimatına əsasən Nizami Rayon Məhkəməsinin 8(007)-918/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə Borclu borcu tam ödədiyindən ona məxsus olan "VAZ 21074" markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-918/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edərək Borclu məxsus "VAZ 21074" markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, icra şöbəsinin icraatında olan icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra məmurunun təqdimatına əsasən, borcluya məxsus əmlakın üzərinə məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bundan sonra, tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1895/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş və icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı əsasında icraata xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, borcluya məxsus “VAZ 21074" markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin qüvvədə qalması zərurəti aradan qalxmışdır, ona görə təqdimat təmin olunaraq avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-918/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə “VAZ 21074" markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Baş X1 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar