Məhkəmə qərarları › İş №8(007)-285/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-285/2022

26.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-285/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması, cərimə duracağına yerləşdirilməsi və hərrac vasitəsi ilə satılaraq borc pul vəsaitinin qaytarılması barədə Nizami rayon icra şöbəsinin icra məmuru Abusət Qasımovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-855/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 5659.59 manat məbləğində pul və 30,40 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Nizami rayon icra şöbəsinin icra məmuru Abusət Qasımov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmışdır. İcra zamanı Borclu borc tələbin icrası haqqında qərar və bildiriş göndərilmiş, lakin borc tələbi müəyyən edilən vaxtdan tələbkarın xeyrinə ödənilməmişdir. İcra hərəkətləri davam etdirilən zamanı Borclu mülkiyyətində olan “Ford Transit” yük markalı, “**-XG-***” dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Yuxarıda qeyd edilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsini rəhbər tutaraq, Borclu mülkiyyətində olan “Ford Transit” yük markalı, “**-XG- ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, həmin avtomobiln saxlanılaraq cərimə duracağına yerləşdirilməsi və hərrac vasitəsil satılaraq borc pul vəsaitinin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş icra məmuruna və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Təqdimata əlavə edilmiş “elektron icra portalı”ndan çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Ford Transit” yük markalı, “**-XG-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Məhkəmə hesab edir ki, borc məbləğində münasibətdə qeyd olunan avtomobilin üzərinə həbs qoyulmalı, təqdimatda qeyd olunan digər məsələlər icra tədbiri çərçivəsində həyata keçirilməli olduğundan təqdimat qalan hissədə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı qismən təmin edilməli, Borclu yetərli pul vəsaiti olmadığından icra sənədinin icrasının təmini məqsədi ilə onun adına qeydiyyatda olan “Ford Transit” yük markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-855/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu yetərli pul vəsaiti olmadığından icra sənədinin icrasının təmini məqsədi oğlunun adına qeydiyyatda olan “Ford Transit” yük markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar