Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-288/2022 29.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-290/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus “CHEVROLET CRUZE” minik markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1143/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu cəmi 279,15 manat məbləğində borc tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra vərəqəsini icrası ilə bağlı Borclu məxsus “CHEVROLET CRUZE” minik markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə icra məmurunun təqdimatı əsasında Nizami Rayon Məhkəməsinin 8(007)-290/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Nizami Rayon Məhkəməsinin 2(007)-1143/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı icrasına qanunvericiliklə nəzərdə tutulmuş qaydada xitam verildiyindən Borclu məxsus “CHEVROLET CRUZE” minik markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməlidir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, icra şöbəsinin icraatında olan icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra məmurunun təqdimatına əsasən, borcluya məxsus əmlakın üzərinə məhkəmənin 24 sentyabr 2021-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bundan sonra, tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1143/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borc tam ödənildiyindən icra sənədinin icrasına xitam verilməsini xahiş etmiş və icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı əsasında icraata xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, borcluya məxsus “CHEVROLET CRUZE” minik markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin qüvvədə qalması zərurəti aradan qalxmışdır, ona görə təqdimat təmin olunaraq avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-290/2021 saylı 24 sentyabr 2021ci il tarixli qərardadı ilə “CHEVROLET CRUZE” minik markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Baş X1 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-288/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-288/2022
29.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver