Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-290/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan ümumi sahəsi 0.10 ha olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 175 saylı sahə olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2019-cu il tarixdə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus ümumi sahəsi 0.10 ha olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 175 saylı sahə müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2452/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin surətindən görünür ki, cavabdeh Borclu sığorta ödənişinin əvəzi hesabına 708,00 manat, dövlət rüsumunun əvəzi hesabına 30 manat olmaqla, cəmi 738,00 (yeddi yüz otuz səkkiz) manat tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2452/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2452/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Borclu barəsində axtarış verilməsini, digər zəruri icra tədbirlərin görülməsini əmlak və gəlirlərinin müəyyən edilməsini, hər-hansı əmlak və gəlirləri aşkar edildiyi halda, zəruri icra tədbirlərinin görülməsini və icra tədbirləri nəticəsində ödəniləcək pul vəsaitinin aşağıda göstərilən hesab nömrəsinə köçürülməsini xahiş etmişdir. - 25 sentyabr 2023-cü il tarixli “Elektron məhkəmə” informasiya sistemindən sorğu edilmiş çıxarışlardan görünür ki, Borclu mülkiyyətində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 175 saylı ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi vardır. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 738 manat məbləğində borcu yaranmışdır, borclunun barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək onun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına torpaq sahəsi qeydə alındığı aşkar olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözü gedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 175 saylı ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlama haqqında qərar qəbul edib, tələbin 10 (on) gün müddətində icrası haqqında borcluya məlumat versə də borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2452/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 175 saylı ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-290/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-290/2023
25.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver