Məhkəmə qərarları › İş №8(007)-292/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-292/2023

25.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-292/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı X1 “icra hərəkətlərinin qanunsuz hesab edilməklə, hərracın nəticələrinin ləğv edilməsi” barədə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Nizami İcra və Probasiya şöbəsi tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə 16 iyundan etibarən hərracın dayandırılmasına dair məlumatın verilməməsindən ibarət hərəkətin (hərəkətsizliyi) qanunsuz hesab edilməklə, hərracın nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Belə ki, ərizəçinin “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə hazırkı icraat qaydasında baxıla bilməz. Göstərilən məsələyə mahiyyəti üzrə baxılmalıdır. Ərizəçi göstərilən məsələ ilə bağlı iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, hazırkı vaxtadək hərrac baş tutmamışdır. Belə ki, iş materiallarında açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlər, ipoteka predmetinin əldə edilməsinə dair təklif əlavə edilsə də, hərracın nəticəsinə dair iş materiallarında hər hansı bir sənəd əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, X2 “icra hərəkətlərinin qanunsuz hesab edilməklə, hərracın nəticələrinin ləğv edilməsi” barədə ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 “icra hərəkətlərinin qanunsuz hesab edilməklə, hərracın nəticələrinin ləğv edilməsi” barədə ərizəsi geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar