Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-292/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2132/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən borcun hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2132/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilərək, “Bakı Fransız Liseyi” Təhsil Kompleksi ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 113 saylı “Təhsilin təşkili müqaviləsi”nə əsasən cavabdeh X3 9650 manat təhsil haqqı borcu və ödənilmiş 116,50 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Bakı Fransız Liseyi” Təhsil Kompleksinə ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e- 2(007)-2132/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş və “Bakı Fransız Liseyi” Təhsil Kompleksi ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 113 saylı “Təhsilin təşkili müqaviləsi”nə əsasən cavabdeh X3 9650 manat təhsil haqqı borcu və ödənilmiş 116,50 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Bakı Fransız Liseyi” Təhsil Kompleksinə ödənilməsi qət edilib. Nəzəə çatdırır ki, o, Paşa Holdingdə işləyi və əmək haqqı 2500 manat təşkil edir. Onun himayəsində bir azyaşlı uşağı var, özü də kirayədə yaşayır, kredit öhdəlikləri də var. Birbaşa 9766,5 manat pulu ödəməyə imkanı yoxdur, lakin o, pulu ödəməkdən imtina etmir. Hər ay mütamadi olaraq 500 manat ödəyə bilər. “Bakı Fransız Liseyi” Təhsil Kompleksinin nümayəndəsi ilə hər ay 500 manat ödəməyi barədə razılıq əldə edib, lakin Nizami rayon İcra şöbəsinin icra məmuru həmin məbləğin tam ödənilməsini tələb edir. Tələbkarın nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2132/2024 saylı xx.xx.2024 il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilib, qətnamə qanuni qüvvəyə minib və müvafiq qaydada icraya yönəlib. İş üzrə cavabdeh- X2 ərizə ilə məhkəməsinə müraciət edərək, 9766,50 manatın hissə-hissə, hər ay 500 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş edib. Aşağıda göstərilən əsaslara görə ərizəyə qismən etiraz edirlər. Belə ki, cavabdeh-borclu ərizədə qeyd edib ki, hazırda işləyir və 2500 manat əmək haqqı alır. Hesab edirlər ki, Azərbaycan Respublikası üçün həmin məbləğ kifayət qədər yüksək məbləğdir və qətnamənin icrasından yayınmaq üçün əsas ola bilməz. Ona görə ki, Bakı Fransız Liseyi Təhsil Kompleksi ödənişli məktəbdir və S.Şükürova Təhsil Kompleksi ilə müqavilə bağlayarkən illik təhsil haqqının məbləği barədə məlumatlı idi, əgər imkanı yox idisə, övladını həmin məktəbə yazdırmaya da bilərdi. Buna görə də, həmin məbləğin cavabdeh-X2 tərəfindən hissə-hissə hər ay 500 manat olmaqla ödənilməsiə etiraz edirlər. Məhkəmənin qətnaməsinə əsasən, cavabdehdən tutulmalı olan məbləğ ümumilikdə 10066,50 (on min altmış altı manat əlli qəpik) təkil etmiş, cavabdehborclu tərəfindən xx.xx.2024-cü ildə 1000 (min) manat ödəniş edilib. Hazırda cavabdehborclunun tələbkara ödəməli olduğu məbləğ 9066,50 (doqquz min altmış altı manat əlli qəpik) təşkil edir. Həmin məbləğin cavabdeh-X2 tərəfindən hissə-hissə hər ay 500 manat ödənilməsinə etiraz edirlər. Lakin cavabdeh-X2 tərəfindən məhkəmənin qətnaməsinə əsasən, ödənilməli olan cəmi 9066,50 manat məbləğində pul vəsaitinin 2025-ci ilin may ayı da daxil olmaqla, hissə-hissə ödənilməsinə etiraz etmirlər. Məhkəmənin qətnaməsinə əsasən cavabdeh-borcludan tutulmalı olan cəmi 9066,25 manat məbləğində pul vəsaiti 2025-ci ilin may ayında ödənilib yekunlaşmalıdır. Borclu ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı “Bakı Fransız Liseyi” Təhsil Kompleksinə olan borcundan hər ay 1000 (min) manat ödəyərək 2025-ci ilin may ayına qədər borcunu bitərəcəyinə etiraz etmir. Beləki iddiaçı “Bakı Fransız Liseyi” Təhsil Kompleksinin təqdim etdiyi ərizədə də iddiaçının bu barədə razılığı əks olunub. Məhkəmədən borcun hissə-hissə ödənilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə tərəflərin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə qismən təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” 4 saylı qərarının 12 və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Sadalanlarə əsasən, borclunun əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla qətnamənin hissə-hissə icra edilməsinə dair qərar qəbul oluna bilər. Maddələrin tələblərinin tətbiqi üçün borclunun əmlak vəziyyətinin qətnamənin bilavasitə icrasının mümkün olmadığına dair halların və yaxud hər hanası digər halların müəyyən edilməsini zəruri etmişdir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-2132/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh X3 9650 manat məbləğində pul və ödənilmiş 116,50 manat dövlət rüsumunun əvəzi tələbkarın xeyrinə tutulmuşdur. Borclu hazırda icra sənədi üzrə 1000 manat ödəniş etmiş və hər ay 1000 manat ödəniş etməklə icra sənədini icra etməyə etiraz etməmişdir. Məhkəmə borclunun himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, borcun ödənilməsindən boyun qaçırmamasını, başqa kredit öhdəliklərinin olmasını, lakin hazırki halda maddi vəziyyətinin ağır olmasını, həmin vəsaiti birdəfəyə ödəməyə maliyyə imkanının olmaması hallarını və tələbkarın ərizəsini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2132/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X2ndan tələbkar “Bakı Fransız Liseyi” Təhsil Kompleksinin xeyrinə tutulmalı olan 9650 manat məbləğində pulun və ödənilmiş 116,50 manat dövlət rüsumunun əvəzinin ödənilməmiş hissəsi, tam ödənilənədək X3 hər ay 1000 manat məbləğində pulun tutularaq tələbkara ödənilməsi məqsədəmüvafiqdir. Məhkəmə əlavə olaraq nəzərə alır ki, qətnamənin hissə-hissə olmaqla icrası ədalət tələbinə uyğun və adekvatdır. Qətnamənin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsi xeyrinə məhkəmə qətnaməsi çıxarılmış tələbkarın hüquqlarını və qanunla qorunan mənafeyini pozmayacaqdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2132/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin “hissə-hissə icra edilməsi” barədə ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2132/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi hissə-hissə olmaqla icra edilsin, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə 9650 manat məbləğində pulun və ödənilmiş 116,50 manat dövlət rüsumunun əvəzinin ödənilməmiş hissəsi, tam ödənilənədək X3 hər ay 1000 manat məbləğində pul tutularaq “Bakı Fransız Liseyi” Təhsil Kompleksinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-292/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-292/2024
10.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver