Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-295/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-37/2022 saylı icra sənədi üzrə borclu X5 məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-37/2022 saylı icra sənədi üzrə borclu X5 məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, iş üzrə borclu X3 istifadəsində olan Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərəncamına əsasən icarə hüququ əsasında ona ayrılmış 75 kv.m. torpaq sahəsində inşa edilmiş, Bakı şəhəri, Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi 76 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 75.44 kv.m olan qeyri yaşayış sahəsinə X8 (Alıyev Kənan) 1/2 hissədə istifadə hüququ tanınsın. Həmin əmlakın 19 iyun 2017-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-yə icarəyə verilməsi nəticəsində 2019-cu ilin avqust ayından (boşanma qətnaməsinin tarixindən) 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 600 manat məbləğin ½ hissəsi, 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X1 icarə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 150 manat məbləğin ½ hissəsi və 02 dekabr 2021-ci il tarixli müqqavilə əsasında X2 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı 100 manat məbləğin ½ hissəsi X4 alınaraq X9 (Alıyev Kənan) verilsin. X4 7000 manat dəyərində olan nişan üzüyü alınaraq X9 (Alıyev Kənan) verilsin. X4 ev əşyaları – şkaf, çarpayı, yolka və kombinin dəyuəri olan 835 manatın ½ hissəsi, 417.50 manat alınaraq X9 (Alıyev Kənan) verilsin. X4 cəmi 17.242 manat məbləğində borc X8 (Alıyev Kənan) xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2023-cü il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müdət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs X6 əmlakının yoxlanılması məqsədi elektron icra sistemində axtarış edilmiş və borclu X6 mülkiyyətində ünvan 1 ünvanında yerləşən binanın 3-cü mərtəbəsində yerləşən 95 kv.m sahəsi olan 2 otaqlı mənzil aşkar edilmişdir. Göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(007)-37/2022 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi borclu X3 mülkiyyətində ünvan 1 ünvanında yerləşən binanın 3-cü mərtəbəsində yerləşən 95 kv.m sahəsi olan 2 otaqlı mənzilinin üzərinə həbs qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev ərizə ilə məhkəməyə müraciət edərək, hazırda zərurət aradan qalxdığından təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar və borcluya qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra şöbəsinin ərizəsini nəzərdən keçirərək hesab edir ki, təqdimat mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Göründüyü kimi, icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-37/2022 saylı icra sənədi üzrə borclu X5 məxsus əmlakın üzərinə həbs qoyulması barədə məsələyə baxılmasını xahiş etmiş, lakin zərurət aradan qalxdığından hazırda təqdimatın baxılmadan geri qaytarılması xahiş edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-37/2022 saylı icra sənədi üzrə borclu X5 məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev tərəfindən verilmiş təqdimat baxılmadan geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №8(007)-295/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-295/2023
09.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver