Məhkəmə qərarları › İş №8(007)-3/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-3/2025

06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-3/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4543/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb :

1. X2 Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(103)-4543/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə və dəqiqləşmə ərizəsi ilə Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4543/2024 saylı qətnaməsi ilə qət edilmiş iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulan 6500 manat əsas borc, 474.22 manat faiz borc və dövlət rüsumu olaraq 91.60 manat dövlət rüsumunun hissə-hissə hər ay 300 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdeh X3 6500 manat əsas, 659.82 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 7159.82 manat məbləğində borcun və ödənilmiş 91.50 manat məbləğində vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-1008/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Sözügedən məhkəmə aktından tərəfindən apellyasiya şikayəti verilmiş, Bak Apellyasiya Məhkəməsinin 2(103)-4543/2024 saylı qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin 2(007)-1008/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilərək 6500 manat əsas borc 474.22 manat faiz borc və dövlət rüsumu olaraq 91.60 manat dövlət rüsumunun "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Bundan sonra isə, sözügedən qətnamə icra edilməsi üçün Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Onu da qeyd etmək istəyir ki, o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4543/2024 saylı qətnaməsinin icrasından boyun qaçırmır, lakin, maddi imkanı yaxşı olmadığından ödənişin bir dəfəlik ödənməsi çətinlik yaradacağından hissə-hissə ödənişin edilməsi məqsədəmüvafiq hesab edir. Həmçinin onu da qeyd edir ki, gündəlik tələbatlarının ödənilməsinə dair digər ödənişlər də yalnızca onun tərəfindən realizə olunur. Himayəsində iki qız övladı və azyaşlı nəvələri var. Onların maddi və mənəvi tələbatlarını yalnızca o, ödəyir. Bundan başqa, o, ailə üzvləri ilə birlikdə kirayədə yaşamağa məcbur qalmış, kirayə haqqını da çətinliklə ödəyir. Həmçinin, başqa kredit təşkilatlarına qarşı da borc öhdəliyi olduğunu nəzərə alınmasını xahiş edir. O, yalnızca etdiyi səhvin əvəzini ödəyir, istifadə etməyi pula görə bu gün ödəniş etmək məcburiyyətində qalır. O, ümumiyyətlə, sözügedən puldan istifadə etməmiş, lakin, bu gün məhkəmə aktı ilə müəyyən edilmiş pul borcunu ödəməlidir. Halbuki, həmin pul vəsaitinin birdəfəlik qaydada tərəfindən ödənilməsi mümkün deyildir, bu yalnızca onun maddi vəziyyətini deyil, ailə üzvlərinin də vəziyyətinə ciddi təsir göstərəcək, güzəranlarının pozulmasına səbəb olacaqdır. Hörmətli məhkəmə, qeyd etdiyi bütün bu xüsusatlar onun bu xərcləri çox çətinliklə qarşıladığının dəlilidir. Ailənin maddi təlabatını ödədikdən sonra ona dolanışıq üçün aşağı məbləğli pul vəsaiti qalır ki, bu da onun və ailə üzvlərinin layiqli həyat səviyyəsinin təmin olunmasına imkan vermir.

İş materialları :

3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4543/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X4 6500 manat əsas, 474.22 manat faiz borcu və dövlət rüsumu olaraq ödənilmiş 91.60 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır.

4. Bakı şəhəri Xətai rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 2 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli, 54 nömrəli arayışıdan görünür ki, X10 P.Həşimov küçəsindı 43A nömrəli evdə arvadı X7, qızı X9 və qızı X11 ilə birlikdə qeydiyyatsız yaşayır.

5. Azərbaycan Kredit Bürosu MMC-nin X8 dair çıxarışından görünür ki, ərizəçinin hazırda "xxxx" MMC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC-də aktiv öhdəlikləri mövcuddur.

6. İş materiallarına X10 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “kredit və girov müqavilə”ləri əlavə edilmişdir.

Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən X2 izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4543/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iki ay olar ki icraya yönəldilmişdir. İcrada ona məxsus yalnız bu icra işi var. Digər banklara da kredit ödənişləri var. Həmin ödənişlərin cəmi 700 manata yaxındır. Ailədə yeganə gəlir onun əmək haqqısıdır. Aylıq 250-300 manat ödəməyə imkanı var. Həmçinin onunla birlikdə arvadı, iki qızı və nəvələri qalır.

8. İcra məmuru və tələbkara məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə icra məmuru və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

10. Azərbaycan Respublikasının Konstitusiyası :

129.İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.

267. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

12. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu :

3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.

14. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir.

13. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu :

5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə Qətnaməsi Haqqında” 11 iyul 1997-ci il tarixli Qərarının 14-cü bəndi : Məhkəmələr nəzərə almalıdırldar ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəhzərə almalıdır.

Məhkəmənin mövqeyi :

15. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

16. Məhkəmə qeyd edir ki, icra haqqında qanunvericiliyə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər.

17. Hazırda X2 “qətnaməsinin hissə-hissə icra edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4543/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğin hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və öz ərizəsini ailədə yeganə gəlir mənbəyinin onun əmək haqqısı olması, arvadı, qızı və nəvələrinin onun himayəsində olması, kirayədə yaşaması, aldığı əmək haqqının yarısının digər banklarda olan kredit ödənişlərinə sərf etməsi ilə əsaslandırmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4543/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh X4 6500 manat əsas, 474.22 manat faiz borcu və dövlət rüsumu olaraq ödənilmiş 91.60 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

19. Mülki prosessual qanunvericiliyə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

20. Azərbaycan Respublikası Konstitusisya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə ‘‘Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qətnamənin icrasına möhlət verilməsi, hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.

21. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, borclu və tələbkarın əmlak vəziyyəti və tərəflərin mənafeyi nəzərə alınmalıdır.

22. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, ərizəçinin yeganə gəlir mənbəyi əmək haqqısından ibarətdir. Ərizəçinin hazırda bir çox banklarda aktiv kredit öhdəliyi mövcuddur. İşin tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, onun aylıq kredit ödənişi 600-700 manat təşkil edir. Ərizəçi həmçinin kirayədə qalır, ailə üzvlər isə onun himayəsindədir.

23. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən icra sənədi üzrə borcun hissə-hissə ödənilməsinə dair ərizələrə baxrakən borclunun maddi vəziyyəti, ərizənin təmin edilməyəcəyi halda onun üzləşəcəyi maddi çətinlik işin müəyyən edilmiş faktiki halları ilə birlikdə nəzərə alınmalıdır.

24. Hazırki halda işin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, borclunun hər ay ödəməli olduğu bir çox banklarda kredit öhdəliyi var. Hazırki halda məhkəmə ərizəyə baxarkən həmin halı nəzərə almışdır ki, hazırki icra sənədi məhkəmə tərəfindən ərizə təmin edilməyəcəyi halda icra icraatı zamanı icra məmuru tərəfindən tələb borclunun əmək haqqısına yönəldiləcəyi halda bu borclunun digər kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsinə, digər məhkəmə mübahisələrinə səbəb olacaqdır.

25. Həmçinin nəzərə alınmalıdır ki, borclu icra sənədinin icrasından yayınmır, sadəcə icra sənədi üzrə tutulmalı olan məbləğin onun daha ağır maddi çətinliklərlə üzləşməməsi üçün hissə-hissə icra edilməsini xahiş edir. Borclu izahatında onu da qeyd etmişdir ki, qeyd edilən məbləğ onun kartından xəbəri olmadan çəkilmiş (oğurlanmış) məbləğdir.

26. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iş üzrə ərizənin təmin edilərək hər ay ərizəçi (borclu) X10 tərəfindən 300 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbkarın mənafeyinə zidd deyildir və qətnamənin icrasına çətinlik yaratmır.

27. “Məһkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilən hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar və məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

28. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, borclunun ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilməlidir.

29. Məhkəmə onu da qeyd edir ki, hazırki ərizə barədə məlumatlı olan "xxxx" KB ASC Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4543/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsinin hissə-hissə icrası ilə bağlı ərizəyə etiraz ərizəsi ilə məhkəməyə müraciət etməmiş və məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəyə lazımi prosessual maraq göstərməyərək məhkəmə iclasında iştirak etməmişdir.

Nəticə :

30. Beləliklə məhkəmə qeyd edir ki, X2 tərəfindən verilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4543/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə təmin edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268, 395, 396-ci maddələrini və “İcra Haqqında” Qanunu rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

X1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4543/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilsin. Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(103)-4543/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi X10 tərəfindən hissə-hissə icra olunsun və hər ay 300 manat məbləğində pul vəsaiti X5 "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar