Məhkəmə qərarları › İş №8(007)-303/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-303/2024

23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-303/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Gültac Sadıqova təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1037/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatı nəzərdən keçirərək hesab edirəm ki, təqdimat baxılmadan geri qaytarılmalıdır. İş materiallarından görünür ki, təqdimat vermiş şəxs olaraq Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 qeyd edilsə də, təqdimat və məlumat vərəqi elektron formada G.N.Sadıqova tərəfindən deyil, “X1” tərəfindən elektron imza vasitəsilə imzalanmışdır. Belə olan halda, təqdimat mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar