Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-306/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2917/2018-011 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə “borclunun məcburi gətirilməsi” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2917/2018-011 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu polis orqanı vasitəsi ilə Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-2917/2018-011 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, iş üzrə Borclu 781 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2018-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcluya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və heç bir münasibət bildirilməmişdir. Məlum icra sənədinin icrası məqsədi ilə Borclu icra sənədində qeyd edilən ünvana ünvan 1ı olaraq xəbərdarlıq göndərilmiş, lakin qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Nəticədə icra sənədinin icrasından qərəzli olaraq yayınan Borclu inzibati xəta haqqında protokolun tərtibində iştrakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi borclunun məhkəmə əmrini icra etməkdən yayınmasının nəzərə alınmasını və təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Borclunun məcburi gətirilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2917/2018-011 nömrəli, xx.xx.2018ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, xx.xx.1975-ci il təvəllüdlü, Quqark rayonu, Aydarlı kəndində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsi, ev 11/13 ünvanında qeydiyyatda olan Borclu Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - e-2(007)-2917/2018 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, Borclu 781 manat borcun və 20 manat dövlət rüsumunun Tələbkar MMC-nin xeyrinə tutulması əmr edilmişdir. - xx.xx.2018-ci il tarixli Nizami Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2917/2018-011 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2917/2018-011 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin 10 gün müddətində könüllü icrası borcludan xahiş edilmiş, üzrsüz səbəbdən icra sənədi icra edilmədikdə isə icranın məcburi qaydada təmin ediləcəyi, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. İş materillarından görünür ki, borclu icra məmurunun çağırışına gəlməkdən yayınır. Eyni zamanda Borclu məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmənin xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli iclaslarına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İş materiallarına əlavə olunmuş reyestrdən və poçt göndərişlərinin izlənməsindən görünür ki, Borclu poçt vasitəsilə göndərilmiş məhkəmə bildirişlərini almışdır. Məhkəmə belə qənaətə gəlir ki, Borclu İcra Şöbəsinə gəlməkdən qəsdən boyun qaçırmışdır, icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığından o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Quqark rayonu, Aydarlı kəndində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsi, ev 11/13 ünvanında qeydiyyatda olan Borclu Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-306/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-306/2022
23.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver