Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-313/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1948/2021 saylı icra sənədinə əsasən Borclu 01 aprel 2021-ci il tarixdən başlayaraq, 24 noyabr 2014cü il tarixdə doğulmuş X2 və 09 iyun 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulub, Tələbkar verilməlidir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1948/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən Borclu 01 aprel 2021-ci il tarixdən başlayaraq, 24 noyabr 2014-cü il tarixdə doğulmuş X2 və 09 iyun 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulub, Tələbkar verilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş Borclu icra sənədində qeyd olunan ünvana göndərilmişdir. Lakin borclu ona verilmiş könüllü müddət ərzində icra sənədində göstərilən tələbi təmin etməmiş, eyni zamanda icra sənədinin icrasının məcburiliyi barədə ünvanına göndərilmiş xəbərdarlıqlara və çağırışlara məhəl qoymayaraq şöbəyə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada üzürsüz səbəbdən təmin edilmədiyindən Borclu Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasının müvəqqəti məhdudlaşdırılmasmı məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən xx.xx.1989-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, sözügedən icra sənədi xx.xx.2021-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldilmişdir. Lakin borclu icra məmuru tərəfindən ona verilmiş könüllü icra müddətində icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, icra sənədinin icraya yönəldilməsindən sonra hal-hazıradək keçən müddət ərzində borclu tərəfindən həmin icra sənədi üzrsüz səbəbdən icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, təqdimat təmin edilməli, icra sənədinin icra edilməsinədək borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1948/2021 saylı icra sənədi icra olunanadək, xx.xx.1989-cu il tarixdə Abşeron rayonunun Hökməli kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-313/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-313/2022
09.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver