Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-313/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Borclunun nümayəndəsi X1 iştirakı ilə, Borclu məxsus “torpaq sahəsinin üzərinə həbs qoyulması”na dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3610/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 5720 (beş min yeddi yüz iyirmi) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanmış və bu barədə tərəflərə məlumat verilməsi təmin edilmişdir. Lakin Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədinin icrasını təmin etməmiş və icranı təmin etməməsinin səbəbləri barədə şöbəyə məlumat verməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq dövlət qeydiyyat orqanlarına sorğular edilmiş və əldə olunan məlumata əsasən Borclu adına Göygöl rayonu, Şəhriyar kəndində torpaq sahəsi aşkar edilmişdir. Göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq Borclu məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında Borclu nümayəndəsi X2 izahatında bildirdi ki, borclu onun oğludur, 2015-ci ildə 10000 manat kredit götürmüşlər. Həmin dövrdə krediti manatla verib, dollar valyutası ilə imzalatdırmışlar. O, hər ay 150 manat ödəniş edir. Ümumilikdə 300 manat təqaüd alır. Ailədə 8 nəfərdirlər, 2 oğlu 1-ci qrup əlildir. Oğlunun adına nə ev, nə də torpaq mövcud deyil. Torpaq yoldaşının adınadır və 6 uşağın orada payı mövcuddur. Təqdimatın rədd edilməsini xahiş etdi. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, borclunun izahatını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, təqdimat rədd edilməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3610/2020 №-li xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Borclu 5720 (beş min yeddi yüz iyirmi) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3610/2020 №-li xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3610/2020 №-li xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Borclu mülkiyyətində torpaq sahəsi yoxdur. Belə ki, təqdimata əlavə edilmiş torpaq sahəsi barədə məlumatlar yoxlanılarkən müəyyən edilmişdir ki, təqdimatda bəhs olunan Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 2.7863 ha torpaq sahəsi paylı mülkiyyətdə olmaqla, X3 1/8 hissədə payı mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatda göstərilən xüsusatlar tamamilə əsassızdır, hansı ki, həmin torpaq sahəsi üzərinə həbsin qoyulması gələcəkdə torpaq sahəsinin paylı mülkiyyətçilərinin qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına səbəb ola bilər. Buna görə də, məhkəmə hesab edir ki, təqdimat rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3610/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı rədd edilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №8(007)-313/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-313/2023
18.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver