Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-314/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, iş üzrə borclular X3, X1 və Borclu müştərək qaydada 11000 ABŞ dolları, 5030 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Böyük icra məmuru Zaur Həmzəyev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona şöbəyə gəlməsi barədə məktub göndərilmiş, icra vərəqəsi və qanunverciliyin tələbləri bir daha izah edilmiş və sonradan izahatı alınmışdır. Borclu müxtəlif vaxtlarda respublika sərhədini tərk etmişdir. Lakin icra sənədi şöbənin icraatına daxil olduğu vaxtdan hazırkı vaxtadək borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, icra sənədinin icrasından yayınan X2 ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane olur. Göstərilənləri nəzərə alaraq Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə olan xx.xx.1971-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar borclunun kamaz sürdüyünü, xarici ölkəyə gedib qayıtmama ehtimalı olduğunu bildirərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. O, həmçinin qeyd etdi ki, digər borclu Teymur Həsənov öz üzərinə düşən 6200-6300 manat ödəniş etmiş, borclu Cəmşid Həsənovun borcu onun pensiyasına yönəldilmiş, daha sonra isə Cümşüd vəfat etmişdir. Cümşüd vəfat etdikdən sonra Teymur öz borcunu ödədiyini bildirərək ödəniş etmir. Digər borclu Rauf isə türmədən çıxsa da öz borcunu ödəmir. Təqdimat vermiş icra məmuruna vəborcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu olduğu icra sənədi üzrə tələbin könüllü qaydada icra edilməsi məqsədilə Borclu ünvanına müvafiq qaydada bildirişlər göndərilmişdir. Borcluya verilən müddətin ötməsinə baxmayaraq o, borcun hər hansı hissəsinin ödənilməsini təmin etməmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun borcunun ödənilməsi ilə bağlı əmlakı aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Borclu olduğu icra sənədinin icraya yönəldilməsindən sonra hal-hazıradək keçən müddət ərzində borclu tərəfindən həmin icra sənədi üzrsüz səbəbdən icra edilmədiyindən, məhkəmə qərarına əsasən verilmiş icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra məmurunun təqdimatı təmin edilməli, icra sənədinin icra edilməsinədək borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-4647/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ, icra sənədinin icra edilməsinədək, müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-314/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-314/2022
12.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver