Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-317/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirlinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(007)-80/2020 nömrəli qətnaməsinin izah edilməsi barədə ərizəsinə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələb:
1. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli icra sənədlərindən hansının ilk növbədə icra olunmalı olduğu və ödənilməli məbləğin kompensasiya ödənilməklə çıxarılma kimi başa düşülüb-düşülməməsi hissəsində məhkəmə qərarına izah verilməsini xahiş etmişdir.
2. İddiaçı Tələbkar cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızına qarşı “mənzilin boşaldılması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu və qızı X2 ona və ailəsinə məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, cavabdeh və qızına aid əşyaların və əmlakların mənzilindən çıxarmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 3-cü şəxs qismində "xxxx" MTK cəlb edilməklə Tələbkar qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tələbkar ilə "xxxx" MTK arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 172 kv.m, 4 otaqli, 36 saylı mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 172 kv.m, 4 otaqli, 36 saylı mənzilə dair X4 ilə "xxxx" MTK arasında yeni müqavilə bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
4. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon İcra Şöbəsinin icraatında olan Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020-034 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı və onunla birlikdə X5 ünvan 2 ünvanından onlara məxsus əşyaları ilə birlikdə çıxarılmalı, mənzil cavabdeh tərəfindən boşaldılaraq Tələbkar təhvil verilməlidir. Nizami Rayon Məhkəməsinin 2(007)- 80/2020-034 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar 04 sentyabr 2009-cu il tarixli 131/R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev küçəsi 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172 kv.m olan 4 otaqlı 36 saylı mənzilin dəyəri olan 104400 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, 45000 manat pul vəsaiti və mənzilin təmirinə çəkilmiş 77550 manat məbləğində pul vəsaiti tutularaq X3 verilməlidir. Sözügedən icra sənədləri müvafiq olaraq xx.xx.2023-cü il tarixlərdə şöbənin icraatına daxil olmuş və icraata başlanılmışdır. İcra sənədləri icraatda olduğu dövr ərzində tərəflər şöbəyə dəvət olunmuş, onlardan məhkəmə qərarının icrası tələb olunan zaman, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu Müsəvar qızı, digər məhkəmə qərarı üzrə ona ödənilməli olan pul vəsaitinin ödəniləcəyi təqdirdə mənzili könüllü tərk edəcəyini bildirmiş, Tələbkar isə mənzilin ona təhvil verildikdən sonra sözügedən vəsaiti ödəyəcəyini qeyd etmiş, bu səbəbdən icra sənədinin icrası zamanı çətinlik yaranmışdır.
İş materialları:
5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(007)- 80/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı və onunla birlikdə X5 ünvan 3 ünvanından onlara məxsus əşyaları ilə birlikdə çıxarılması, mənzil cavabdeh tərəfindən boşaldılaraq Tələbkar təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 iddia tələbi təmin edilməməsi, Tələbkar 04 sentyabr 2009-cu il tarixli 131 /R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu Ələddin Quliyev küçəsi 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172 kv.m olan 4 otaqlı 36 saylı mənzilin dəyəri olan 104.400 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, 45 000 manat pul vəsaiti və mənzilin təmirinə çəkilmiş 77 550 manat məbləğində pul vəsaiti tutularaq X3 verilməsi qət edilmişdir.
6. 05.10.2023-cü il tarixdə qətnamə üzrə icra vərəqələri verilmişdir.
İşdə iştirak edən tərəflər:
7. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur.
Məhkəmənin mövqeyi:
10. Məhkəmə ərizəni, 28 oktyabr 2020-ci il tarixli 2(007)-80/2020 saylı qətnaməni iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, qətnamənin izah edilməsinə dair ərizə rədd edilməlidir.
11. Belə ki, ərizədə qeyd edilir ki, “xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu Müsəvar qızı, digər məhkəmə qərarı üzrə ona ödənilməli olan pul vəsaitinin ödəniləcəyi təqdirdə mənzili könüllü tərk edəcəyini bildirmiş, Tələbkar isə mənzilin ona təhvil verildikdən sonra sözügedən vəsaiti ödəyəcəyini qeyd etmişdir”. Məhkəmənin 28 oktyabr 2020-ci il tarixli 2(007)-80/2020 saylı qətnaməsi ilə Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızına pul vəsaitinin ödəniləcəyi qeyd edilməmişdir. Qətnamədə Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızının və onunla birlikdə X2 ünvan 3 ünvanından onlara məxsus əşyaları ilə birlikdə çıxarılması, mənzil cavabdeh tərəfindən boşaldılaraq Tələbkar təhvil verilməsi, Tələbkar 04 sentyabr 2009-cu il tarixli 131/R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu Ələddin Quliyev küçəsi 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172 kv.m olan 4 otaqlı 36 saylı mənzilin dəyəri olan 104400 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, 45000 manat pul vəsaiti və mənzilin təmirinə çəkilmiş 77550 manat məbləğində pul vəsaiti tutularaq X3 verilməsi qeyd edilmişdir.
12. Göründüyü kimi qətnamədə qeyd edilən məsələlərin bir-biri ilə bağlılığı yoxdur. Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızının və onunla birlikdə X5 mənzildən çıxarılmalı, mənzil onlar tərəfindən boşaldılıb Tələbkar təhvil verilməlidir. Tələbkar qətnamə ilə ondan tutulan pulu X3 ödəməlidir. Yəni burada ardıcıllığa əməl edilməsinə ehtiyac yoxdur.
13. Məhkəmə hesab dir ki, qətnamə kifayət qədər aydın yazılıb və bu səbəbdən qətnamənin izah edilməsinə zərurət yoxdur. Həmçinin qətnamədə “mənzilin dəyəri olan 104400 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, 45000 manat pul vəsaiti və mənzilin təmirinə çəkilmiş 77550 manat məbləğində pul vəsaiti tutularaq X3 verilməsi kimi” qeyd olumuşdur. Qətnamədə “kompensasiya” sözü ümumiyyətlə işlənməmişdir. Belə olan halda icra məmurunun qətnaməyə izah veriləsi barədə ərizəsi əsassızdır.
Nəticə:
14. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Tələbkar cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızına qarşı “mənzilin boşaldılması və mənzildən çıxarılma” tələbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 3-cü şəxs qismində "xxxx" MTK cəlb edilməklə Tələbkar qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(007)- 80/2020 nömrəli qətnaməsinin izah edilməsi barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirlinin ərizəsi rədd edilməlidir.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qərara aldı:
İddiaçı Tələbkar cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızına qarşı “mənzilin boşaldılması və mənzildən çıxarılma” tələbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 3-cü şəxs qismində "xxxx" MTK cəlb edilməklə Tələbkar qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(007)-80/2020 nömrəli qətnaməsinin izah edilməsi barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirlinin ərizəsi rədd edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova