Məhkəmə qərarları › İş №8(007)-318/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-318/2023

13.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-318/2023 13.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadına izah verilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə, iddiaçı X2 Cavabdeh qarşı uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda bağlanmış barışıq sazişi təsdiq olunmuşdur: 1) Həftə içi 16:30-19:30 saatları arasında ata uşaq ilə uşağın sərbəst vaxtlarında məhdudiyyətsiz görüşə bilər (ana ilə telefon vasitəsi ilə qabaqcadan razılaşdırmalıdır) 2) Həftəsonu (şənbə və bazar günləri) uşaq ana ilə vaxt keçirəcək, atanın həftəsonu uşaq ilə görüşünə çərşənbə günü qabaqcadan telefon vasitəsi ilə ana ilə razılaşdırıldıqdan sonra qərar veriləcək. İddiaçı X2 Cavabdeh qarşı uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Ərizəçi Cavabdeh qərardada izah verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X4 Cavabdeh qarşı uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair mülki işin icraatına xitam verilərək, mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda bağlanmış barışıq sazişi təsdiq olunmuşdur. Həmin barışıq sazişinə əsasən 1. Həftəiçi 16:30-19:30 saatları arasında ata uşaq ilə uşağın sərbəst vaxtlarında məhdudiyyətsiz görüşə bilər (ana ilə telefon vasitəsi ilə qabaqcada razılaşdırmalıdır) 2. Həftəsonu (şənbə və bazar günləri) uşaq ana ilə vaxt keçirəcək, atanın həftəsonu uşaq ilə görüşünə çərşənbə günü qabaqcadan telefon vasitəsi ilə ana ilə razılaşdırıldıqdan sonra qərar veriləcək. Belə ki, Babayeva- X4 tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı icra edilmədiyindən, hazırki iş üzrə icra vərəqəsinin qəbul edilərək, qərardadın məcburi icraya yönəldilməsi ilə bağlı müraciət etmişdir. Nəticədə Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən 02 mart 2023-cü il tarixli icra vərəqəsi tərtib edilərək, qərardad icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. Belə ki, həmin vaxtdan halhazıradək həmin icra vərəqəsi icra edilmir. Belə ki, borclu X1 qızı qərəzli olaraq məhkəmənin qərardadını icra etməkdən yayınır. Belə ki, ona bildirir ki, barışıq sazişində qeyd olunmuşdur ki, uşaqla ünsiyyət anası olaraq onun tərəfindən yalnız icazə verildiyi halda, uşaqla ünsiyyətə icazə verdiyi halda görüşəcəkdir. O, hesab edir ki, əgər o, qabaqcadan razılıq verməsə öz övladı ilə görüşə bilməyəcək. Bununla da məhkəmə tərəfindən tərtib edilmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının icra olunması üçün həmin qərardada izah verilməsi zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, xx.xx.2022-ci il qərardadının nəticə hissəsinə izah verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizə vermiş şəxs Cavabdeh izahatında bildirdi ki, İradə Mikayılova ona uşaqla ünsiyyətdə olmasına əngəl törədir, bəhanələr yaradır. Nəticədə icra vərəqəsi icra olunur. Guya qərardadda yazılıb ki, əgər ananın icazəsi olmasa o, uşaqla görüşə bilməz. Buna görə də, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Maraqlı şəxs icra məmuru X5, məhkəmənin 2(007)-2577/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadına izah verilməsinə etiraz etmədiyini bildirmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, sözügedən məhkəmə qərardadı tam aydın deyildir. Belə ki, qərardadda “həftəsonu (şənbə və bazar günləri) uşaq ana ilə vaxt keçirəcək, atanın həftəsonu uşaq ilə görüşünə çərşənbə günü qabaqcadan telefon vasitəsi ilə ana ilə razılaşdırıldıqdan sonra qərar veriləcək” məzmununda qeyd edilmiş ifadə, “ana tərəfindən icazə verildiyi halda məhz atanın uşaqla görüşünə icazə verilməsi” kimi qəbul edilərək anlaşılmazlığa yol vermişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadına izah verilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadının nəticə hissəsində “Həftəsonu (şənbə və bazar günləri) uşaq ana ilə vaxt keçirəcək, atanın həftəsonu uşaq ilə görüşünə çərşənbə günü qabaqcadan telefon vasitəsi ilə ana ilə razılaşdırıldıqdan sonra qərar veriləcək.” ifadəsinə “Həftəsonu (şənbə və bazar günləri) uşaq ana ilə vaxt keçirəcək, atanın həftəsonu uşaq ilə görüşünə çərşənbə günü qabaqcadan ana xəbərdar edilməklə icazə verilsin” sözləri kimi izah verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadına izah verilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadının nəticə hissəsində “Həftəsonu (şənbə və bazar günləri) uşaq ana ilə vaxt keçirəcək, atanın həftəsonu uşaq ilə görüşünə çərşənbə günü qabaqcadan telefon vasitəsi ilə ana ilə razılaşdırıldıqdan sonra qərar veriləcək.” ifadəsinə “Həftəsonu (şənbə və bazar günləri) uşaq ana ilə vaxt keçirəcək, atanın həftəsonu uşaq ilə görüşünə çərşənbə günü qabaqcadan ana xəbərdar edilməklə icazə verilsin” sözləri kimi izah verilsin. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar