Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-321/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, "xxxx" MMMC-nin Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMMC Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, artıq sözügedən məsələ ilə bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli, 8(007)-223/2023 saylı qərardadı mövcud olduğundan və həmin qərardaddan şikayət verilmədiyindən, hazırkı şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri və ərizəçinin nümayəndəsinin ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMMC-nin Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №8(007)-321/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-321/2023
02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver