Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-322/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-504/2015 saylı mülki işlə müəyyən olunmuş pul məbləğlərinin indeksasiya edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-504/2015 saylı mülki işlə müəyyən olunmuş pul məbləğlərinin indeksasiya edilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(007)-504/2015 nömrəli qətnaməsi ilə cavabdeh X2 tutulmalı olan 10205 manat pul vəsaitinin, manatın dəyərdən düşməsi nəzərə alınmaqla, xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə indeksasiya edilərək, cavabdehin hazırda iddiaçıya ödəməli olduğu pul vəsaitinin məbləği müəyyən edilməsini xahiş etmişdir. Ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu 7500 manat məbləğində maddi ziyan pulu, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(007)-504/2015 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Borclu X4 xeyrinə 10205 manat məbləğində borcun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra cavabdeh X8 borcu gecikdirdiyi üçün ondan 7500 manat məbləğində (indeksasiyaya görə), 2551 manat (Bank uçot faiz dərəcəsinə görə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X6 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-267/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək X2 iddiaçı X4 xeyrinə 3398,26 manat (indeksasiyaya görə) vəsait və iddia qaldırılmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulması qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehdən xx.xx.2020-ci il tarixli qətnaməyə əsasən xx.xx.2019-cu il tarixədək indeksasiyaya görə pul tutulması qət olunmuşdur. Cavabdeh bugünədək 04 mart 2015-ci il tarixli, 2(007)-504/2015 nömrəli qətnaməsi ilə ödəməli olduğu 10205 manat məbləğində pulu qərəzli şəkildə ödəməkdən yayınır və bildirir ki, onun barəsində tətbiq olunacaq heç bir məcburi icra tədbiri qalmadığından həmin məbləği ödəməyəcək. Cavabdehin 2014-cü il tarixdən bu günədək iddiaçıya olan 10205 manat borcunu ödəmədiyi məlumdur. Həmin dövrdən bu günədək Azərbaycan manatı dəfələrlə inflyasiyaya məruz qalmış və dəyərin itirmişdir. Hətta xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixdə ölkədə manatın 200%-ə yaxın inflyasiyası baş vermişdir. Ümumilikdə xx.xx.2019-cu il tarixdən hər il üçün inflyasiya dəyəri 13%-lə qəbul edərək hər ilə görə ödənilməmiş pulun indeksasiyası aparılmalıdır. Odur ki, mövcud olan mübahisənin həlli üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunan maddənin təfsirinə görə həmin maddə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsini müəyyən edir. Belə olan halda Nizami Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli, 2(007)- 504/2015 nömrəli qətnaməsi üzrə Borclu tutulmalı olan 10205 manat pul vəsaiti indeksləşdirilərək, ideksasiya məbləği iddiaçı X6 ödənilməlidir. Cavabdeh 2015-ci il tarixli qətnamə üzrə bütün məcburi icra tədbirlərinə məruz qalmış, buna görədə icra məmurunun qanuni təlbələrinə əhəmiyyət verməyərək 10205 manat borcunu ödəməyəcəyini bildirir. İddia tələbi tam olaraq təmin olunmalıdır, çünki 10 ilə yaxındır ki, cavabdeh Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınır, iddiaçını həmin məbləğdən məhrum edərək daha ağır maddi vəziyyətə salmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq icra məmuru və borclu məhkəməyə gəlməmiş, bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, X2 iddiaçı X5 xeyrinə 3398,26 manat (indeksasiyaya görə) vəsait və iddia qaldırılmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 145,0 manat pulun X3 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3- 34/2-96-04-1/2023 saylı məktubundan görünür ki, inflyasiya göstəricisi kimi qəbul edilmiş istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayında 2019-cu ilin dekabr ayına nisbətən 132,9 faiz təşkil etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-504/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Borclu X4 xeyrinə 10205 manat məbləğində borcun tutulmaması qət edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X2 iddiaçı X5 xeyrinə 3398,26 manat (indeksasiyaya görə) vəsaitin tutulması qət olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayında 2019cu ilin dekabr ayına nisbətən 132,9 faiz təşkil etmişdir. Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə verilmiş ərizəni, habelə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, məhkəmə qətnaməsi ilə borcludan tələkarın xeyrinə tutulacaq pul məbləği inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətlərinə əsasən indeksasiya olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarında qeyd olunur ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar olur və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. İndeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. Bununla yanaşı, qanunverici vətəndaşların qanuni mənafeyinin müdafiəsini yönəlmiş indeksasiya institutunu məhz qanuni qüvvəyə minmiş və icra edilməmiş qətnaməyə münasibətdə tətbiqi şərtini müəyyən etmişdir. Çünki, bu qayda həmin maddədə birbaşa nəzərdə tutulmuşdur. Məhkəmə, ədalət mühakiməsinin qaçılmaz elementi olan, məhkəmə təfsirinin qanunvericinin normaya verdiyi məna ilə birbaşa uzlaşdığını nəzərə alaraq, qeyd edilən müddəanın tam icra olunmuş qətnaməyə münasibətdə tətbiq edilməsini yolverilməz sayır. Bundan əlavə, indeksasiya haqqında məsələyə baxılarkən icra sənədinin icra olunmamasında borclunun təqsirinin olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-504/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tələbkar X6 Borclu tərəfindən ödənilməli olan 10205 manat məbləğin xx.xx.2019-cu il tarixdən 2023-cü ilin avqust ayınadək olan indeksasiya edilmiş məbləğinin 13562,45 manat (10205x32,9%(3357,45)+10205=13562,45) olması müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-504/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə borcludan tutulmalı məbləğin indeksasiyasının həyata keçirilməsinə dair tələbkar (ərizəçi) X7 tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-504/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tələbkar X6 borclu X7 tərəfindən ödənilməli olan 10205 manat məbləğin xx.xx.2019-cu il tarixdən 2023-cü ilin avqust ayınadək olan indeksasiya edilmiş məbləğinin 13562,45 manat olması müəyyən edilsin. Qərardaddan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə rəsmi qaydada təqdim olunduğu andan 10 gün müddətinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-322/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-322/2023
25.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver