Məhkəmə qərarları › İş №8(007)-323/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-323/2022

21.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-323/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Tələbkar MMC-nin nümayəndəsi X1, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-798/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakının üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-798/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakının üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Nizami Rayon İcra Şöbəsinin icraatına daxil olmuş Nizami Rayon Məhkəməsinin 2(007)-798/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar MMC-nin xeyrinə cəmi 1065 manat borc pul vəsaitinin tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Borculu tərəfindən künüllü icra müddəti ərzində icra sənədində göstərilmiş tələb yerinə yetirilmədiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə müvafiq icra tədbirləri görülmüş, nəticədə Borclu məxsus “KİA OPTİMA” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Borclu dəfələrlə edilən xəbərdarlıq və tələblərə baxmayaraq 1065 manat məbləğində borcun ödənilməsi borclu tərəfindən bu günədək təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq Nizami Rayon Məhkəməsinin 2(007)-798/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1065 manat məbləğində borc tələbinin borcluya məxsus əmlaka yönəldiməsi məqsədi ilə Borclu məxsus “KİA OPTİMA” yük markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev ərizə ilə məhkəməyə müraciət edərək, hazırda zərurət aradan qalxdığından təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə borcluya qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında təqdimatın geri qaytarılmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və Tahir Ağayevin ərizəsini nəzərdən keçirərək hesab edir ki, təqdimat mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Göründüyü kimi, Bakı Şəhər Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-798/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1065 manat məbləğində borc tələbinin borcluya məxsus əmlaka yönəldiməsi məqsədi ilə Borclu məxsus “KİA OPTİMA” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etsə də, hazırda zərurət aradan qalxdığından təqdimatın baxılmadan geri qaytarılması xahiş edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-798/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakının üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən verilmiş təqdimat baxılmadan geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar