Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-327/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İcra məmuru X1, Borclu iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-61/2023 saylı, 27 fevral 2023-cü il tarixli icra sənədinə izah verilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-61/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərardadına əsasən, Borclu ərizəsi təmin edilərək, Borclu ilə Tələbkar xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 15 saylı Notariat ofisində bağladıqları barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra 27 mart 2023-cü il tarixdə icraya yönəldilmiş və Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin 12 aprel 2023-cü il tarixli qərarı ilə icraat başlanılmışdır. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-61/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin Borclu tələbinə dair hissədə izah edilməsi məsələsinə baxılıb qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə üzrə verilmiş icra sənədi Nizami rayon icra şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmişdir.İcraat zamanı icra sənədinin icrasına dair borclu Əliyev X7 rayon İcra şöbəsinə çağırılmış onun izahatı alınmış icra sənədinin mahiyyəti ona izah edilmiş, borclu ona məxsus Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 81 saylı evin 54 saylı mənzili tələbkarın adına rəsmləşdirilməsində o hisssədə tələbi icra edəcəyini bildirmişdir. Sonrakı icra hərəkətləri zamanı Tələbkar şöbəyə gələrək ərizə yazaraq icra sənədində göstərilən tələbin (barışıq sazişi üzrə) icra olunduğunu Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 81 saylı evin 54 saylı mənzilin onun adına rəsmləşdiyini qeyd etmişdir. Bundan sonra Borclu ərizə ilə şöbəyə müraciət edərək icra sənədi üzrə Tələbkar tərəfindən üzərinə düşən öhdəliyi icra etmədiyini, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin zirzəmisində yerləşən 69 saylı qarajın MTK tərəfindən və Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 0.12 ha torpağın Qusar rayonu, Yuxarı Ləyər kənd Bələdiyəsi tərəfindən verilmiş sənədlərin əsillərini təqdim etmədiyini bildirmiş, icra hərəkətlərinin Tələbkar qarşı həyata keçirilməsini tələb etmişdir. İcra sənədi üzrə Tələbkar borclu şəxs qismində keçmədiyindən Borclu tələbinin icrası hissəsində zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən icra məmuru X2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, aralarında bağlanmış barışıq sazişi məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təsdiq edilmişdir. O, barışıq sazişi üzrə onun üzərinə düşən öhdəliyi icra etmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, qətnaməyə izah təmin edilməlidir. Belə ki, Borclu və Tələbkar arasında barışıq sazişi bağlanmış və barışıq sazişinə əsasən tələbkar və borclu hər ikisi öz üzərinə öhdəlik götürmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-61/2023 saylı, 27 fevral 2023-cü il tarixli icra sənədi üzrə Borclu kimi, Tələbkar isə tələbkar kimi qeyd edilmişdir. Buna görə də icra sənədi Tələbkar aid hissədə icra olunmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-61/2023 saylı, 27 fevral 2023-cü il tarixli icra sənədinə izah verilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-61/2023 saylı, 27 fevral 2023cü il tarixli icra sənədində “2.3. Borclu mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 81 saylı evin 54 saylı mənzilinin Tələbkarın mülkiyyətinə keçməsinin əvəzinə Borclu ona ödəməli olduğu 37000 manat məbləğində puldan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin zirzəmisində yerləşən 69 saylı qarajın və Qusar rayonu, Yuxan Ləyər kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 1/2 hissəsinə olan payından, xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü ildə anadan olmuş X6 18 yaşına çatana kimi saxlanmaları üçün Borclu hər uşağa görə tələbkar X4 xeyrinə aliment tutulması barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı Borclu tərəfindən ödənilməli olan aliment pulundan və sonrakı artırılmalardan Borclu xeyrinə imtina edir və tələblərlə bağlı bundan sonra ona qarşı heç bir tələb irəli sürməyəcəyini öhdəsinə götürür. Bu məqsədlə bütün zəruri hərəkətləri edir, sənədləri imzalayır və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin zirzəmisində yerləşən 69 saylı qarajın MTK tərəfindən və Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 0.12 ha torpağın Qusar rayonu, Yuxarı Ləyər kəndin Bələdiyə tərəfindən verilmiş sənədlərin əsillərini Borclu təqdim edir” sözlərinə “2.3. Borclu mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 81 saylı evin 54 saylı mənzili Tələbkarın mülkiyyətinə keçdikdən və Borclu tərəfindən icra edildikdən sonra Tələbkar Borclu ona ödəməli olduğu 37000 manat məbləğində puldan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin zirzəmisində yerləşən 69 saylı qarajın və Qusar rayonu, Yuxan Ləyər kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 1/2 hissəsinə olan payından, xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü ildə anadan olmuş X6 18 yaşına çatana kimi saxlanmaları üçün Borclu hər uşağa görə tələbkar X4 xeyrinə aliment tutulması barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı Borclu tərəfindən ödənilməli olan aliment pulundan və sonrakı artırılmalardan Borclu xeyrinə imtina edir və tələblərlə bağlı bundan sonra ona qarşı heç bir tələb irəli sürməyəcəyini öhdəsinə götürür. Bu məqsədlə bütün zəruri hərəkətləri edir, sənədləri imzalayır və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin zirzəmisində yerləşən 69 saylı qarajın MTK tərəfindən və Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 0.12 ha torpağın Qusar rayonu, Yuxarı Ləyər kəndin Bələdiyə tərəfindən verilmiş sənədlərin əsillərini Borclu təqdim edir" hissəsi Tələbkar tərəfindən icra edilir.” sözləri kimi izah verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-61/2023 saylı, 27 fevral 2023-cü il tarixli icra sənədinə izah verilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-61/2023 saylı, 27 fevral 2023-cü il tarixli icra sənədində “2.3. Borclu mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 81 saylı evin 54 saylı mənzilinin Tələbkarın mülkiyyətinə keçməsinin əvəzinə Borclu ona ödəməli olduğu 37000 manat məbləğində puldan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin zirzəmisində yerləşən 69 saylı qarajın və Qusar rayonu, Yuxan Ləyər kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 1/2 hissəsinə olan payından, xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü ildə anadan olmuş X6 18 yaşına çatana kimi saxlanmaları üçün Borclu hər uşağa görə tələbkar X4 xeyrinə aliment tutulması barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı Borclu tərəfindən ödənilməli olan aliment pulundan və sonrakı artırılmalardan Borclu xeyrinə imtina edir və tələblərlə bağlı bundan sonra ona qarşı heç bir tələb irəli sürməyəcəyini öhdəsinə götürür. Bu məqsədlə bütün zəruri hərəkətləri edir, sənədləri imzalayır və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin zirzəmisində yerləşən 69 saylı qarajın MTK tərəfindən və Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 0.12 ha torpağın Qusar rayonu, Yuxarı Ləyər kəndin Bələdiyə tərəfindən verilmiş sənədlərin əsillərini Borclu təqdim edir” sözlərinə “2.3. Borclu mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 81 saylı evin 54 saylı mənzili Tələbkarın mülkiyyətinə keçdikdən və Borclu tərəfindən icra edildikdən sonra Tələbkar Borclu ona ödəməli olduğu 37000 manat məbləğində puldan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin zirzəmisində yerləşən 69 saylı qarajın və Qusar rayonu, Yuxan Ləyər kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 1/2 hissəsinə olan payından, xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü ildə anadan olmuş X6 18 yaşına çatana kimi saxlanmaları üçün Borclu hər uşağa görə tələbkar X4 xeyrinə aliment tutulması barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı Borclu tərəfindən ödənilməli olan aliment pulundan və sonrakı artırılmalardan Borclu xeyrinə imtina edir və tələblərlə bağlı bundan sonra ona qarşı heç bir tələb irəli sürməyəcəyini öhdəsinə götürür. Bu məqsədlə bütün zəruri hərəkətləri edir, sənədləri imzalayır və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 saylı evin zirzəmisində yerləşən 69 saylı qarajın MTK tərəfindən və Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 0.12 ha torpağın Qusar rayonu, Yuxarı Ləyər kəndin Bələdiyə tərəfindən verilmiş sənədlərin əsillərini Borclu təqdim edir" hissəsi Tələbkar tərəfindən icra edilir” sözləri kimi izah verilsin. Qərarın icrası Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №8(007)-327/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-327/2023
21.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver