Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-333/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1534/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu 6818.75 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra məmuru Türkan Hümbətzadə təqdimatla məhkəməyə müraciət edərək, icra zamanı Borclu borc tələbinin icrası haqqında qərar və bildiriş göndərildiyini, lakin borc tələbi müəyyən edilən vaxtdan tələbkarın xeyrinə ödənilmədiyini, icra hərəkətləri davam etdirilən zaman Borclu mülkiyyətində olan “İsuzu NPR66L yük” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı və “Ford Transit” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin aşkar olunmasını göstərmiş, icra sənədinin icrasını təmin etmək məqsədilə həmin avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X2 izahatında bildirmişdir ki, borclu ilə aralarında borcun ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. Buna görə də təqdimatın rədd edilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında təqdim edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1534/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu 6818.75 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1534/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1534/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmiş, bu müddətdə üzrsüz səbəbdən icra sənədini icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə borcluya xəbərdarlıq edilmişdir. - “Elektron icra” informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, Borclu mülkiyyətində “İsuzu NPR66L yük” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı və “Ford Transit” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur; 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir; 50.5-ci maddəsinə əsasən, üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında borcun ödənilməsi ilə bağlı razılaşma əldə edilib, tələbkarın nümayəndəsi də məhkəmə iclasında təqdimatın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu məxsus nəqliyyat vasitələri üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №8(007)-333/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-333/2024
22.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver