Məhkəmə qərarları › İş №8(007)-334/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-334/2024

06.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-334/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X12 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Maraqlı şəxs (mülki iş üzrə ərizəçi) İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1812/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1812/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, ərizə təmin edilmiş, Sharifi X1 xx.xx.2008-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində, Sharifi X2 xx.xx.2010-cu il tarixdə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində, X3 xx.xx.2012-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində doğulması faktı müəyyən edilmiş, akt qeydləri kitabının ata adı qrafasında Sharifi X4, milliyyəti əfqan, ana adı qrafasında İddiaçı, milliyətinin azərbaycanlı göstərilməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmənin 2(007)-1812/2024 saylı, xx.xx.2024-cü il tarixli ərizəçi İddiaçı övladlarının doğum faktının müəyyən edilməsi haqqında qətnaməsi icra edilərkən müəyyən olundu ki, qətnamənin “Müəyyən edildi" hissəsində İddiaçı övladlarının atasının adı “Teymur Şah”, lakin “Qət etdi” hissəsində isə "Timor Shah” qeyd edilmişdir. Həmçinin vətəndaş İddiaçı ərizə və əsaslandırdığı sənədlərdə övladlarının atasının adı “Teymur Şah” qeyd edilib. Göstərilənlərə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1812/2024 saylı, xx.xx.2024-cü il tarixli doğum faktının müəyyən edilməsi haqqında qətnaməsinə uşaqların ata adının "Teymur Şah” və ya “Timor Shah” qeyd edilməsi barədə qətnaməyə izah verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs (mülki iş üzrə ərizəçi) İddiaçı izahatında bildirmişdir ki, o, uşaqlarının sənədlərində problem yaranır deyə ata adının “Teymur Şah” kimi yazılmasını istəyir. Bir uşağının sənədləri Azərbaycanda hazırlanıb deyə qaydasındadır. Digər uşaqları ilə bağlı məktəbdə və.s problem yaranır. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş ərizəçi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə həmin şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Mülki işin materiallarında olan Əfqanıstan İslam Respublikasının Bakıdakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli “Evlilik haqqında sənəd”in surətindən görünür ki, evlənən tərəflər qrafasında “ər” bölməsində sonuncunun adı “Teymur Şah” kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1812/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1812/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində İddiaçı övladlarının atasının adının “Teymur Şah” kimi qeyd edilməsinə dair izah verilməli, qərardadın icrası aidiyyəti üzrə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1812/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1812/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində İddiaçı övladlarının atasının adının “Teymur Şah” kimi qeyd edilməsinə dair izah verilsin. Qərardadın icrası Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar