Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-339/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Borclu “məcburi qaydada gətirilməsi” barədə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2079/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 6007.3 manat pul vəsaiti və 5.7 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvanına bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olunmasına baxmayaraq Nizami rayon icra şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Odur ki, borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Göstərlənləri nəzərə alaraq, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhər Nizami rayon icra şöbəsinə gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, tələbkarlar, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2079/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 3000 manat məbləğində əsas borcun, 40 təqvim günü üçün 2520 manat məbləğində gündəlik ödənişin və 210 manat cərimə borcu olmaqla, cəmi 5730 manat borcun, ödənilmiş 77,3 manat dövlət rüsumunun əvəzinin, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pulun əvəzinin tutularaq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 5,7 manatının iddiaçıya aid edilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2079/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra icraata başlanılması qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2079/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmiş, bu müddətdə üzrsüz səbəbdən icra sənədini icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə borcluya xəbərdarlıq edilmişdir. - Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2079/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. İş materillarından görünür ki, borclu icra məmurunun çağırışına gəlməkdən yayınır. Məhkəmə belə qənaətə gəlir ki, Borclu İcra Şöbəsinə gəlməkdən qəsdən boyun qaçırmışdır, icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığından o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1984-cü il tarixdə Masallı rayonu, Binəxocavar kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №8(007)-339/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-339/2024
29.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver