Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-34/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə Ərizəçi (tələbkar) Tələbkar iştirakı ilə, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2476/2023 saylı, 22 dekabr 2023-cu il tarixli icra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar “alimentin məbləğinin indeksasiyası”na dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb:
1. Ərizəçi Tələbkar maraqlı şəxs (borclu) Borclu qarşı “alimentin məbləğinin indeksasiyası” tələbinə dair ərizə və dəqiqləşdirmə ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2476/2023 saylı qətnaməsi ilə övladları üçün təyin edilmiş 440 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsi və yanvar 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tələbin əsaslandığı hallar:
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2476/2023 saylı qətnaməsinə əsasən övladları X12 xx.xx.2017-ci il təvəllüdlü və X8 xx.xx.2021-ci il təvəllüdlü yetkinlik yaşınadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində alimentin Səfiyeva (Kərimova) Fəridə Şahmurad qızının xeyrinə tutulması qət edilmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən ərizəçi (tələbkar) Tələbkar məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
4. Məkhəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
İş materialları :
5. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2476/2023 saylı, 22 dekabr 2023-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Borclu ilə Səfiyeva “Kərimova” Fəridə Şahmurad qızı arasında 4 saylı Bakı “ASAN Xidmət” X6 xx.xx.2016-cı il tarixdə bağlanmış və 1261 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X4 anaları X2 yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir.
6. AZ-İİİ seriyalı, 991210 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə 4 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 4666 nömrə ilə qeyd edilmişdir. Atası Borclu, anası Tələbkardır.
7. AZ-İV seriyalı, 598319 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə 4 saylı Bakı “ASAN Xidmət” X11 tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 2621 nömrə ilə qeyd edilmişdir. Atası Borclu, anası X3r.
8. Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 464804 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Borclu ilə X5 arasında bağlanılmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
Tətbiq edilən hüquq :
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi:
Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
12. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:
1-ci maddə. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. 3-cü maddə. Aliment indeksləşdirmənin obyektlərindən biridir
Məhkəmənin mövqeyi :
13. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir.
14. Ərizəçi Tələbkar Borclu qarşı “alimentin məbləğinin indeksasiyası”na dair ərizəsini Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2476/2023 saylı qətnaməsi ilə aliment təyin edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artması ilə əsaslandırmışdır.
15. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2476/2023 saylı, 22 dekabr 2023cu il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir.
16. Məhkəmə qeyd edir ki, müvafiq qətnamə ilə alimentin məbləği müəyyən edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği artdığından ərizəçi (tələbkar) məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasını tələb etməkdə haqlıdır.
17. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
18. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2476/2023 saylı, 22 dekabr 2023cu il tarixli qətnaməsi ilə alimentin məbləği təyin edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 345 manat olmuşdur.
19. Belə ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir.
20. Göründüyü kimi, 2023-cü ilin dekabr ayında tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 345 manat təşkil etmiş, məhkəmə tərfindən uşaqların saxlanılması üçün hər uşağa görə 220 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0.63 (220:345) mislini təşkil etmişdir.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 400 manat olaraq müəyyən edilmişdir.
22. Belə olan halda məhkəmə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, hazır ki ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən və ölkə üzrə minimum əmək haqqının miqdarı artdığından məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2023-cü ilin dekabr ayında aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir.
23. Məhkəmə ərizəçinin tələbinin alimentin indeksasiya olunmuş məbləğinin 2025-ci ilin yanvar ayından hesablanmasına dair hissəsi ilə bağlı qeyd edir ki, ərizəçi alimentin indeksasiya olunmuş məbləğinin 2025-ci ilin yanvar ayından hesablanmasını istəsə də, ərizəçinin həmin tələbinin hüquqi əsası yoxdur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyə əsasən qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün ərzində şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.
24. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəfindən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə əsaslandırılan alimentin indeksasiyası barədə ərizələrə baxılarkən əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq indeksasiyanın həyata keçirilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, hazırki ərizələrə baxılan zaman məhkəmə əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq qaydada indeksasiyasını həyata keçirir, yeni məbləğ müəyyən etmir.
Nəticə :
25. Beləliklə, məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 2476/2023 saylı, 22 dekabr 2023-cu il tarixli qətnaməsi üzrə alimentin indeksasiya edilməsi barədə ərizə qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.63 (sıfır tam yüzdə altmış üç) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 268, 395, 396-cə maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2476/2023 saylı, xx.xx.2023-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzər alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.63 (sıfır tam yüzdə altmış üç) misli həddində sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva