Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-342/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022-051 nömrəli, xx.xx.2022-ci tarixli icra sənədi üzrə Borclu Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022-051 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, iş üzrə Borclu istifadəsində olan Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərəncamına əsasən icarə hüququ əsasında ona ayrılmış 75 kv.m. torpaq sahəsində inşa edilmiş, Bakı şəhəri, Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi 76 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 75.44 kv.m olan qeyri-yaşayış sahəsinə X7 (Alıev Kenan) ½ hissədə istifadə hüququ tanınsın. Həmin əmlakın 19 iyun 2017-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-nə icarəyə verilməsi nəticəsində 2019-cu ilin avqust ayından (boşanma qətnaməsinin tarixindən) 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 600 manat məbləğin ½ hissəsi, 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X1 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 150 manat məbləğin ½hissəsi və 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X2 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 100 manat məbləğin ½ hissəsi Borclu alınaraq X9 (Alıev Kenan) verilsin. Borclu 7000 manat dəyərində olan nişan üzüyü alınaraq X9 (Alıev Kenan) verilsin. X3 ev əşyaları - şkaf, çarpayı, yolka və kombinin dəyəri olan 835 manatın ½ hissəsi, 417.50 manat alınaraq X9 (Alıev Kenan) verilsin. İcra sənədi icraata xx.xx.2022-ci il tarixlərdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcluya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və heç bir münasibət bildirilməmişdir. Məlum icra sənədinin icrası məqsədi ilə Borclu icra sənədində qeyd edilən ünvana ünvan 1 dəfələrlə yazılı olaraq xəbərdarlıq göndərilmiş, lakin qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Nəticədə icra sənədinin icrasından qərəzli olaraq yayınan Borclu inzibati xəta haqqında protokolun tərtibində iştrakını təmin etmək mümkün olmamışdır. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022-051 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, ilk iddia qismən təmin olunmuş, Borclu istifadəsində olan Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərəncamına əsasən icarə hüququ əsasında ona ayrılmış 75 kv.m. torpaq sahəsində inşa edilmiş, Bakı şəhəri, Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi 76 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 75.44 kv.m olan qeyri-yaşayış sahəsinə X7 (Alıev Kenan) ½ hissədə istifadə hüququnun tanınması, həmin əmlakın 19 iyun 2017-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-nə icarəyə verilməsi nəticəsində 2019-cu ilin avqust ayından (boşanma qətnaməsinin tarixindən) 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 600 manat məbləğin ½ hissəsi, 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X1 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 150 manat məbləğin ½hissəsi və 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X2 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 100 manat məbləğin ½ hissəsi Borclu alınaraq X9 (Alıev Kenan) verilməsi, Borclu 7000 manat dəyərində olan nişan üzüyü alınaraq X9 (Alıev Kenan) verilməsi, X3 ev əşyaları şkaf, çarpayı, yolka və kombinin dəyəri olan 835 manatın ½ hissəsi, 417.50 manat alınaraq X9 (Alıev Kenan) verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Borclu X5 (Alıev Kenan) əmlakın dəyərinin yarısının ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması, LP-163/20 saylı ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 1/2 hissəsi Borclu, ½ hissəsi isə X6 alınaraq "xxxx"MMC-niin hesabına köçürülməsi, LP-151/21 saylı ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul Borclu alınaraq "xxxx"MMC-nin hesabına köçürülməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022-051 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022-051 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. - xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022-051 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1995-ci ildə anadan olmuş, ünvan 2 ünvanında yaşayan Borclu məcburi qaydada gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. İş materillarından görünür ki, borclu icra məmurunun çağırışına gəlməkdən yayınır. Eyni zamanda Borclu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmışdır. Lakin zərf üzərində “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022-051 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.1995-ci ildə anadan olmuş, ünvan 2 ünvanında yaşayan Borclu İcra Şöbəsinə gəlməkdən qəsdən boyun qaçırdığından, icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığından o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1995-ci ildə anadan olmuş, ünvan 2 ünvanında yaşayan Borclu Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-342/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-342/2023
20.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver