Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-344/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Zaur Həmzəyevin, Tələbkar Alıev Kənanın iştirakları ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, iş üzrə borclu X4 istifadəsində olan Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərəncamına əsasən icarə hüququ əsasında ona ayrılmış 75 kv.m torpaq sahəsində inşa edilmiş, Bakı şəhəri, Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi 76 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 75,44 kv.m olan qeyri yaşayış sahəsinə X7 (Tələbkar) 1/2 hissədə istifadə hüququ tanınmalı, həmin əmlakın 19 iyun 2017-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-yə icarəyə verilməsi nəticəsində 2019-cu ilin avqust ayından (boşanman qətnaməsinin tarixindən) 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 600 manat məbləğin 1/2 hissəsi, 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X1 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 150 manat məbləğin ½ hissəsi və 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X2 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 100 manat məbləğin 1/2 hissəsi X3 alınaraq X9 (Tələbkar) verilməli, X3 7000 manat dəyərində olan nişan üzüyünün alınaraq X9 (Tələbkar) verilmməli, X3 ev əşyaları - şkaf, çarpayı, yolka və kombinin dəyəri olan 835 manatın 1/2 hissəsinin 417,50 manat alınaraq X9 (Aliev Kenan) verilməli, X3 cəmi 17242 manat məbləğində borcun X9 (Tələbkar) xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2023-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs X4 əmlak vəziyyətinin yoxlanılması məqsədi elektron icra sistemində axtarış edilmiş və borclu X4 mülkiyyətində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 62 kv.m olan 0,007540 torpaq sahəsi aşkar edilmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 nömrəli, xx.xx.2021-ci il tarixli icra səndinin icrasının təmin edilməsi məqsədi borclu X4 mülkiyyətində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 62 kv.m olan 0,007540 torpaq sahəsinin üzərində həbs qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında təqdimat vermiş icra məmuru Zaur Həmzəyev icra işini məhkəməyə təqdim edib, təqdimatın dəlillərinə uyğun izahat verərək, təqdimatın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclu işləsə də, borc məbləği yüksəkdir və tələbkar borcun birdəfəlik ödənilməsi tələb edir. Məhkəmə iclasında tələbkar Alıev Kənan izahat verərək bildirdi ki, borclu keçmiş həyat yoldaşıdır. Onunla uzun müddətdir ki, əlaqəsi yoxdur. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun və borclunun izahatını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, ilk iddia qismən təmin edilərək, X4 istifadəsində olan Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərəncamına əsasən icarə hüququ əsasında ona ayrılmış 75 kv.m torpaq sahəsində inşa edilmiş, Bakı şəhəri, Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi 76 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 75,44 kv.m olan qeyri yaşayış sahəsinə X8 (Aliev Kenan) 1/2 hissədə istifadə hüququnun tanınması, həmin əmlakın 19 iyun 2017-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-yə icarəyə verilməsi nəticəsində 2019-cu ilin avqust ayından (boşanma qətnaməsinin tarixindən) 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 600 manat məbləğin 1/2 hissəsi, 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X1 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 150 manat məbləğin 1/2 hissəsi və 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X2 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 100 manat məbləğin ½ hissəsi X3 alınaraq X10 (Aliev Kenan) verilməsi, X3 7000 manat dəyərində olan nişan üzüyünün alınaraq X10 (Aliev Kenan) verilməsi, X3 ev əşyaları - şkaf, çarpayı, yolka və kombinin dəyəri olan 835 manatın 1/2 hissəsi, 417,50 manatın alınaraq X10 (Aliev Kenan) verilməsi, qalan hissədə ilk iddia tələbinin təmin olunmaması, Borclu X8 (Aliev Kenan) əmlakın dəyərinin yarısının ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması, LP-163/20 saylı ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 1/2 hissəsinin Borclu, 1/2 hissəsi isə X6 alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi, LP- 151/21 saylı ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul Borclu alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. - Bakı şəhəri Nizami rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası borcluya bildiriş göndərilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,007540 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət kimi Borclu adına qeydiyyata alınmışdır; Məhkəmə iclasında iş materiallarının, həmçinin icra işinin tətqiqi zamanı müəyyən edildi ki, icra sənədi üzrə tələbkarın xeyrinə Borclu tərəfindən 17242 manat ödəniş edilməlidir. Borclu barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək borclunun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına torpaq sahəsinin qeydə alındığı aşkar olunmuşdur. Göründüyü kimi, icra sənədi üzrə borc könüllü qaydada icra edilmir. Məhkəmə həmçinin qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən borclu Bakı şəhəri üzrə Təhsil İdarəsində müəllim işləyir və aylıq əmək haqqı məbləği 830,67 manat təşkil edir. Hazırda tələbkarın tələbinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitinin olmadığı müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasının təmini məqsədi ilə, borcluya məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,007540 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-344/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-344/2023
28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver