Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-346/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-792/2023 saylı icra sənədinə əsasən Borclu 87351 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Lakin borclu icra məmuru tərəfindən ona verilmiş müddətdə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədlərinin icrasını təmin etməmiş və dəfələrlə xəbərdar olunmağına baxmayaraq borcu ödəməmişdir. Belə ki, icra tədbiri olaraq yaranmış zərurətlə əlaqədar borclunu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən xx.xx.1976-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Tələbkar izahat verərək bildirmişdir ki, o, Borclu ona ödəməli olduğu 87351 manat məbləğində pulu artıq tələb etmir. O, borclu ilə birlikdə uzun illər işləmişdir. Onunla birlikdə gəlir əldə etmişdir. Borcu ona bağışlayıb. Qeyd edilənlərə əsasən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimatda qeyd edilir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-792/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 87000 manat məbləğində pul vəsaiti və 351 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materialları ilə müəyyən edilir ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icra məmurunun icraatında daxil olduqdan sonra borcun könüllü qaydada ödənilməsi barədə borcluya bildiriş göndərilsə də, təqdimata borclunun əmlak vəziyyətinin yoxlanılmasına, ayrı-ayrı orqanlara ünvanlanmış sorğular, verilmiş müraciətlərə cavablar əlavə edilməmişdir. Müəyyən edilmişdir ki, borclu hazırda "xxxx" MMC-də direktor vəzifəsində və "xxxx" MMC-də inşaat fəhləsi vəzifəsində işləyir, aylıq əmək haqqı məbləği uyğun olaraq 250 manat və 400 manat təşkil edir. Göründüyü kimi, icra məmuru tərəfindən digər icra tədbirlərinin həyata keçirilməsi mümkündür. Bundan başqa, hazırda tələbkar icra sənədi üzrə tutulmalı olan borcu borcluya bağışladığını qeyd etmiş, bununla bağlı müraciətini məhkəməyə və icra şöbəsinə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1-ci maddəsinə əsasən Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıda dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə hesab edir ki, təqdimata həmin icra sənədinin icrasının təmin edilməsi üçün icra məmuru tərəfindən icra haqqında qanunvericilikdə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirilməsini təsdiq edən sənədlər əlavə edilmədiyindən, təqdimat əsaslandırılmadığından, həmçinin tələbkar ona ödənilməli olan pul məbləğini borcluya bağışladığından hazırkı mərhələdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 792/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-792/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-346/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-346/2023
04.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver