Məhkəmə qərarları › İş №8(007)-349/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-349/2024

01.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-349/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-3227/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatı nəzərdən keçirərək hesab edirəm ki, təqdimat baxılmadan geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, təqdimat icra qurumunun rəhbəri tərəfindən müvafiq qaydada təsdiqlənməmiş, müşayiət məktubu elektron qaydada icra qurumunun rəhbəri tərəfindən deyil, təqdimat vermiş icra məmuru tərəfindən imzalanmışdır. Belə olan halda, təqdimat mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar