Məhkəmə qərarları › İş №8(007)-349/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-349/2025

11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-349/2025 11.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 icra sənədinin icrasına möhlət verilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: (icra sənədinin irasına möhlət verilməsi) X7 Tağı oğlunun sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-335/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasına möhlət verilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qəraradı qəbul etdi. Ərizəçinin tələbi: X2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-335/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-335/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə icra işi üzrə onun iddiaçı Tələbkar olan borcunun ödənilməsinə və icraya 1 il möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-335/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar apellyasiya şikayəti qismən təmin edilmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-1054/2024 nömrəli qətnaməsi qismən, yəni “1 ədəd komplektin (sırğa, üzük, bilərzik, boyunbağı, kulon) və 1 ədəd nişan üzüyünün cavabdehdən alınaraq iddiaçıya verilməsinin rədd edilməsi” hissəsində ləğv edilmişdir. Həmin hissədə yeni qətnamə çıxarılmışdır, iddia həmin hissədə təmin edilmişdir. Dəyəri 2.700 (iki min yeddi yüz) manat olan 1 ədəd komplekt (sırğa, üzük, bilərzik, boyunbağı, kulon) və dəyəri 900 (doqquz yüz) manat olan 1 ədəd nişan üzüyü, bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri cavabdeh kimi məndən, yəni X3 alınaraq iddiaçı Tələbkar qızma verilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Onun ailə vəziyyəti ağırdır, maddi cəhətdən ciddi çətinliklər çəkir. Ona görə də ona qarşı məhkəmə tərəfindən çıxarılmış qətnamənin icrasını hazırki vəziyyətdə mümkünsüz və çətin hesab edir. O, ödəmədən imtina etmir, lakin maddi vəziyyətinin çətinliyindən bunu uçun ona möhlət verilməsini istəyir. İş materialları: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-335/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, iddiaçı Tələbkar apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-1054/2024 nömrəli qətnaməsi qismən, yəni “1 ədəd komplektin (sırğa, üzük, bilərzik, boyunbağı, kulon) və 1 ədəd nişan üzüyünün cavabdehdən alınaraq iddiaçıya verilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, iddia həmin hissədə təmin edilmiş, dəyəri 2.700 (iki min yeddi yüz) manat olan 1 ədəd komplekt (sırğa, üzük, bilərzik, boyunbağı, kulon) və dəyəri 900 (doqquz yüz) manat olan 1 ədəd nişan üzüyü, bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri cavabdeh X3 alınaraq iddiaçı Tələbkar verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru, borclu (ərizəçi) və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə ərizəyə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 22 may 2015-ci il tarixli qərarı: “...Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu hüquqi mövqelərin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, möhlət verilməsi nəticəsində yuxarıda göstərilən məqsədlərə nail ola bilmədikdə, o cümlədən, möhlət verilməsinə görə icra icraatının uzun müddət başlanması mümkün olmadıqda, işdə iştirak edən şəxslərin, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin məzmununa əsasən, qətnamənin icra qaydasının dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququ saxlanılır. Məhkəmə, qətnamənin icrasını müəyyən hadisənin gələcəkdə baş verməsi ilə əlaqələndirib, möhlət verərək qətnamənin müvafiq icra qaydasını müəyyən etmiş olur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər. Qeyd olunmalıdır ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər....” Məhkəmənin mövqeyi: Məhkəmə ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, X2 qətnamənin icrasına möhlət verilməsi üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət istəməsində haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək mötəbər sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1 hazırkı ərizəsində qeyd etdikləri onun qətnamənin icrasına möhlət verilməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz, məhkəmə iclasında qətnamənin icrası üçün çətinlik törədən və ya borclu üçün əlverişsiz vəziyyət yaranmasını təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, hazırkı vaxtadək məhkəməyə borcun ödənilməsinə dair hər hansı sübut təqdim edilməmiş, ümumiyyətlə borclunun icra sənədini icra etmək niyyəti müşayiət olunmamışdır. Bundan başqa, məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd edir ki, borclunun hazırkı mövqeyi, yəni borcun ödənilməsinə 1 il möhlət verilməsi qətnamənin icrasının ağlabatan olmayan müddətdə təmin olunması, xeyrinə qərar çıxarılmış tələbkarın isə hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması deməkdir. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, X1 qətnamənin icrasına 1 il möhlət verilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur, ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-335/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə icra sənədinin icrasına 1 (bir) il möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar