Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-35/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-167/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun məcburi qaydada gətirilməsi barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-167/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, X1 və Borclu Lazım qızından vurulmuş maddi ziyana görə 100 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə şöbənin icratına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcluya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi icra sənədinin icrası təmin edilməmiş və borclu şöbəyə gəlməkdən boyun qaçırmışdır.Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır.Odur ki,borclu şəxsin məcburi qaydada gətirilməsi zərurəti yaranmışdır.Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-167/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Lazım qızınun polis orqanı vasitəsi ilə Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, icra sənədi üzrə borclunun məcburi qaydada gətirilməsi dair icra məmurunun təqdimatı təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan qaydada tələbin könüllü icrası borclu tərəfindən həyata keçirilməmiş, görülmüş icra tədbirləri nəticə verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunu 84.2-ci maddəsinə əsasən icra məmurunun çagırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur Bununla belə, məhkəmə hesab edir ki, borclunun məcburi gətirilmə tədbiri o halda tətbiq eidlə bilər ki, buna qədər mümkün olan digər zəruri icra tədbirləri həyata keçirilsin. İş materiallarına icra sənədinin icrasının təmin olunması üçün İcra haqqında Azərbaycan Respublikası Qanunda nəzərdə tutulan bütün zəruri icra tədbirlərinin görülməsinə dair hər hansı bir sübut əlavə olunmamışdır. Belə ki, borclunun icra orqanına çağırılması barədə məktubun borcluya rəsmi qaydada çatdırılmasını təsdiq edən sübutlar təqdimata əlavə olunmamışdır. Belə olan halda borclunun qərəzli olaraq icra orqanına gəlməkdən imtina etməsini müəyyən etmək mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-167/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-167/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Lazım qızının məcburi qaydada gətirilməsi barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №8(007)-35/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-35/2023
02.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver