Məhkəmə qərarları › İş №8(007)-35/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-35/2025

06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-35/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi Tələbkar iştirakı ilə, Ərizəçi Tələbkar tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borcludan tutulan alimentin məbləği artırılaraq, hər ay ölkə üzrə minimum əmək haqqı məbləğinin bir misli həddində müəyyən etməklə, Borclu tutularaq Tələbkar qızma ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-112/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu xx.xx.2022-ci il tarixdən (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2266/2022 saylı, xx.xx.2022-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla), iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi xx.xx.2023-cü il tarixədək hesablanmaqla 193 (yüz doxsan üç) manat, xx.xx.2023-cü il tarixdən başlayaraq isə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2022ci il tarixdən hər ay 50 manat sabit pul məbləğində aliment tutulub, Tələbkar verilməsi, xx.xx.2021-ci il təvəllüdlü X2 doğumuna kimi çəkilmiş 638 manat xərcin yarısı olan 319 manat vəsait və məhkəmə xərcləri qismində Tələbkar tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi Borclu tutulub Tələbkar xeyrinə ödənilməsi qət edilib. Məhkəmə iclasında ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borcludan tutulan alimentin məbləği artırılaraq, hər ay ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,64 misli həddində müəyyən etməklə, Borclu tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş borclu və icra məmuru məhkəməyə gəlməsə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəçinin göstərdiyi əsaslandırmanı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007032)-112/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu xx.xx.2022-ci il tarixdən (Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2266/2022 saylı, xx.xx.2022-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla), iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi xx.xx.2023-cü il tarixədək hesablanmaqla 193 (yüz doxsan üç) manat, xx.xx.2023-cü il tarixdən başlayaraq isə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2022ci il tarixdən hər ay 50 manat sabit pul məbləğində alimentin tutulub, Tələbkar verilməsi, xx.xx.2021-ci il təvəllüdlü X2 doğumuna kimi çəkilmiş 638 manat xərcin yarısı olan 319 manat vəsait və məhkəmə xərcləri qismində Tələbkar tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin Borclu tutulub Tələbkar xeyrinə ödənilməsi, iddiaçı Tələbkar tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və 167 manat dövlət rüsumunun ona aid qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə ərizə ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, AR Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın “20” dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması (alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir), habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 1 yanvar 2022-ci il tarixdən 300 manat müəyyən edilmişdir. Hazırda iş üzrə toplanmış materialları və ərizəçinin əsaslandırmasını nəzərdən keçirərək məhkəmə müəyyən etmişdir ki, ərizə əsaslıdır və göstərilən müraciət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007032)-112/2023 saylı qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu xx.xx.2022-ci il tarixdən (Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2266/2022 saylı, xx.xx.2022-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla), iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi xx.xx.2023-cü il tarixədək hesablanmaqla 193 (yüz doxsan üç) manat, xx.xx.2023-cü il tarixdən başlayaraq isə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub, Tələbkar verilməsi qət edilmişdir. Göründüyü kimi, həmin icra sənədi ilə aliment xx.xx.2022-ci il tarixdən başlayaraq həmin il üzrə 193 (yüz doxsan üç) manat məbləğində tutulmuşdur. Odur ki, Borclu xx.xx.2021-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli xx.xx.2023-cü il tarixli qətnamə ilə qət edilmiş 193 manat sabit pul məbləğində alimentin 2022-ci il üzrə müəyyən olunmuş minimum əməkhaqqına mütənasibliyi nəzərə alınmaqla hesablanmalıdır. Beləliklə də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulduğu üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının qət edilmiş misli həddində sabit pul məbləğində aliment tutulması 23 yanvar 2025-ci il tarixdən başlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. 23 yanvar 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar