Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-350/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X4 istifadəsində olan Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərəncamına əsasən icarə hüququ əsasında ona ayrılmış 75 kv.m torpaq sahəsində inşa edilmiş, Bakı şəhəri, Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi 76 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 75.44 kv.m olan qeyri-yaşayış sahəsinə X7 (Alıev Kenan) ½ hissədə istifadə hüququ tanınmalı, həmin əmlakın 19 iyun 2017-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-nə icarəyə verilməsi nəticəsində 2019-cu ilin avqust ayından (boşanma qətnaməsinin tarixindən) 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 600 manat məbləğin ½ hissəsi, 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X1 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 150 manat məbləğin ½ hissəsi və 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X2 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 100 manat məbləğin ½ hissəsi X3 alınaraq X8 (Alıev Kenan) verilməli, X3 7000 manat dəyərində olan nişan üzüyü alınaraq X8 (Alıev Kenan) verilməli, X3 ev əşyaları – şkaf, çarpayı, yolka və kombinin dəyəri olan 835 manatın ½ hissəsi, 417.50 manat alınaraq X8 (Alıev Kenan) verilməlidir. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş və Borclu mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində 0.0075 ha torpaq sahəsində yerləşən 263 saylı qeyri-yaşayış binası və ünvan 1 ünvanı aşkar edilmişdir. Göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45 və 50-ci maddələrinə əsasən Borclu mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində 0.0075 ha torpaq sahəsində yerləşən 263 saylı qeyri-yaşayış binasının və Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 137A, 255 nömrəli mənzilin üzərinə borcun həcmi miqdarında həbs qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Eyni zamanda, tələbkar X10 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, təqdimatın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, təqdimat rədd edilməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 №-li xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, ilk iddianın qismən təmin edilməsi, X4 istifadəsində olan Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərəncamına əsasən icarə hüququ əsasında ona ayrılmış 75 kv.m. torpaq sahəsində inşa edilmiş, Bakı şəhəri, Nizami rayonu, 2528-ci məhəllə, K.Balakişiyev küçəsi 76 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 75.44 kv.m olan qeyri-yaşayış sahəsinə X7 (Alıev Kenan) ½ hissədə istifadə hüququnun tanınması, həmin əmlakın 19 iyun 2017-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-nə icarəyə verilməsi nəticəsində 2019-cu ilin avqust ayından (boşanman qətnaməsinin tarixindən) 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 600 manat məbləğin ½ hissəsinin, 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X1 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 150 manat məbləğin ½ hissəsinin və 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X2 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 100 manat məbləğin ½ hissəsinin X3 alınaraq X8 (Alıev Kenan) verilməsi, X3 7000 manat dəyərində olan nişan üzüyünün alınaraq X8 (Alıev Kenan) verilməsi, X3 ev əşyaları – şkaf, çarpayı, yolka və kombinin dəyəri olan 835 manatın ½ hissəsi, 417.50 manatın alınaraq X8 (Alıev Kenan) verilməsi, qalan hissədə ilk iddanın təmin olunmaması, Borclu X7 (Alıev Kenan) əmlakın dəyərinin yarısının ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması, LP- 163/20 saylı ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun ½ hissəsinin Borclu, ½ hissəsinin isə X6 alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi, LP-151/21 saylı ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun Borclu alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 37/2022 №-li xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 №-li xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Borclu mülkiyyətində ünvan 2 ünvanında 0.007540 ha torpaq sahəsində sahəsi 62 kv.m olan 1 mərtəbəli tikili vardır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5972/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Borclu apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5972/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5972/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən Borclu kassasiya şikayəti vermək hüququ olmaqla, qətnamə qanuni qüvvəyə minməmişdir. Göründüyü kimi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minməmişdir. Belə olan halda, qanuni qüvvəyə minməmiş qətnamə üzrə məcburi icra tədbirlərinin görülməsi yolverilməzdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmədiyindən, qətnamənin icrası ilə əlaqədar məcburi icra tədbiri kimi Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimat rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 №-li xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu əmlakının üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Həmzəyevin təqdimatı rədd edilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-350/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-350/2022
10.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver