Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-352/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, X1, Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli e-2(007)-2219/2022 nömrəli qətnaməsində göstərilən borc məbləğinin “hissə-hissə icra edilməsi”nə dair X2 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli e-2(007)- 2219/2022 nömrəli qətnaməsində göstərilən borc məbləğinin “hissə-hissə icra edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli e-2(007)-2219/2022 nömrəli qətnaməsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borclu olduğu 3292,51 manat pulun hissə-hissə olaraq hər ay 100 (yüz) manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı "borcun tutulması" tələbinə dair iddiası Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli e-2(007)-2219/2022 saylı qətnaməsi ilə təmin edilmiş. Ondan 24 avqust 2021-ci tarixli kredit müqaviləsi üzrə 3019,74 AZN əsas borc, 272,77 AZN faiz borc olmaqla ümumilikdə 3292,51 AZN borcu və ödənilmiş 52,92 AZN dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulması barədə qərar qəbul edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 2(007)-2219/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığından, qətnamə icraata yönəlmiş və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov tərəfindən 23 avqust 2022-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə həmin tarixdə ona bildiriş göndərilmişdir. Onu da qeyd etmək istəyir ki, o, krediti götürərkən işləsə də, sonralardan ondan asılı olmayan səbəblərdən işləmir. Bununla yanaşı hesab edir ki, aldığı və qətnamədə qeyd olunan borcu qaytarmalıdır. Lakin həmin pulları qaytarmaq istəsə də buna onun maddi imkanı yoxdur. O, icra məmuru Ə.Aslanova müraciət edərək, qeyd olunan pulu bir dəfəyə tam şəkildə ödəyə bilmədiyini və hər ay 100 AZN imkanı olduğunu bildirib xahiş etsədə, o bildirdi ki, bu məsələlər yalnız məhkəmə qaydasında həll olunmalıdır. Məhkəmə iclasında iştirak edən X2 ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi, əlavə olaraq bildirdi ki, onun maddi vəziyyəti çətindir. Krediti götürən zaman işləyirdi indi yox. Borcu ödəməkdən yayınmır sadəcə bir dəfəyə ödəyə bilmir. Hər ay 100 manat məbləğində ödəyə bilər. Bildirdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 ərizəni qəbul etmədiyini və borcun hissə-hissə ödənilməsi ilə razı olmadığını bildirdi. Məhkəmə ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli e-2(007)-2219/22 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı "borcun tutulması" tələbinə dair kiçik iddiası üzrə mülki iş təmin edilərək, X3 24 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 3019.74 manat əsas borc, 272.77 manat faiz borcu olmaqla ümumilikdə 3292.51 manat borcu və ödənilmiş 52.92 manat dövlət rüsumunun əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin **********6 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X9” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - xx.xx.2022-ci il tarixli 189711/2022-7-21-04 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən və xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2219/2022-005 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır və X2na 10 gün müddətində icranı könüllü olaraq təmin etmə təklif olunmuşdur. Azərbaycan Rеspublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərarlar dövlətin adından çıхarılır və onların icrası məcburidir. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra Haqqında» Azərbaycan Rеspublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icrası haqqında işə baхmış məhkəməyə müraciət еdə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən еdilmiş qaydada baхır. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.1-ci maddəsin əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddənin mənasından görünür ki, qətnamənin icrasına möhlət vеrməyə və ya qətnaməni hissə-hissə icra еtdirməyə dair ərizələrə baхarkən işə baхmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rеspublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tariхli 4 №-li qərarının 12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaхud borclu üçün yaranmış əlvеrişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll еtdikdə təkcə borclunun dеyil, tələbkarın mənafеyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Belə ki, Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd edir ki, prosessual qanunvericilikdə qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi imkanının aşağı olması ilə əlaqədar oduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Həmçinin tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli e-2(007)-2219/22 nömrəli qətnaməsində göstərilən borc məbləğinin “hissəhissə icra edilməsi”nə dair X2 tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.2, 231.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli e-2(007)-2219/22 nömrəli qətnaməsində göstərilən borc məbləğinin “hissə-hissə icra edilməsi”nə dair X2 tərəfindən verilmiş ərizə təmin еdilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vеrilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-352/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-352/2022
17.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver