Məhkəmə qərarları › İş №8(007)-354/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-354/2023

16.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-354/2023 16.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1955-ci ildə anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yaşayan Borclu Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-376/2023, xx.xx.2023-cü il tarixli icra sənədina əsasən qızıl-zinət əşyaları olan damla formalı kulon (üstü Allah yazısı)-750 prob. 7q-mehr üçün-350 AZN, gümüş zinət əşyaları (özü aldığı) 925 prob, 10q-80 AZN, Cehiz əşyaları: qonaq otağı mebeli (kamod, servant, TV altı, stol və 8 ədəd stul); yataq otağı (yataq, şifoner, güzgülü stol, stul, 2 tumba)-iki mebel dəsti birlikdə-4500 AZN; mətbəx mebeli-2000AZN; aspirator (mətbəxt üçün)-180 AZN; qaz peçi-350 AZN; elektrik peçi-200 AZN; paltaryuyan maşın-950 AZN; ətçəkən maşın-150AZN; şirəçəkən maşın-80 AZN; tozsoran (Samsung)-240 AZN; ütü (Philips)-80 AZN; mikser-150 AZN; sitrus sıxacağı-50 AZN; elektrik çaydanı-60 AZN; qazan dəsti (mətbəxtdə işlədilən)-450 AZN; çəngəl-bıçaq dəsti (mətbəxdə)-50 AZN; tərəzi- 25 AZN; boşqab dəsti (mətbəxtdə işlədilən 24 ədəd)-50 AZN; çay dəsmalı 24 ədəd- 1 2 0 AZN; fincan, çaydan dəsti-60 AZN; nikel çaydan, qazan dəsti-200 AZN; süfrə 6 ədəd-480 AZN; pərdə 4 ədəd-600 AZN; xalça (2 böyük qonaq, 2 kiçik yataq otağı üçün, 2 kiçik mətbəxt üçün)-3000 AZN; yataq örtüyü 4 ədəd (qırmızı, yaşıl, 2 ədəd qəhvəyi)-600 AZN: yorğan 3 ədəd (2 tək, 1 iki nəfərlik)-300 AZN; döşək 1 ədəd (2 nəfərlik)-200 AZN; yastıq 8 ədəd-250 AZN; yataq dəstləri 5 ədəd-400 AZN; xrustal qab dəsti (servantda)-300 AZN; nahar dəsti; boşqab 12 nəfərlik 36 ədəd, Şorba qabı-600AZN; çəngəl-bıçaq-qaşıq dəsti- 180 AZN; çanta içində bıçaq dəsti-100 AZN; stəkan, bakal dəsti, qrafin-250 AZN; qəhvəyi güldan dəsti-250 AZN; çəhrayı böyük güldan-80 AZN; pike yay yorğanı dəsti 3 ədəd-120 AZN; bogema bokal dəsti-120 AZN; xrustal qrafin+bokal dəsti-120 AZN; kofe dəsti- 200AZN; çay dəsti- 1 2 0 AZN; şirniyyat qabı dəsti-100 AZN; şamdan 2 ədəd-40 AZN; xrustal armudu stəkan dəsti, böyük dəst-90 AZN; nəlbəki dəsti (2 ədəd)-50 AZN; çuqun dəst (qazanlar+aşsüzən)-120 AZN; kənarı gümüş işləməli nəlbəki, boşqab, limonluq dəsti- 150 AZN; dəsmal dəsti-100 AZN; şəxsi əşyaları və uşağa aid əşyalar: palto-250 AZN; ayaqqabı, çəkmə-120 AZN; plaş (qəhvəyi dəri, boz, qara)-350 AZN; çanta-50 AZN; digər geyimlər; şəxsi şəkil albomları və diskdə şəkillər, qızına aid geyimlər, şəkillər, CD və DVD disklərin surətləri cavabdehlər İbrahı̇ mov Şamo Kərı̇ m oğlundan və İbrahı̇ mzadə Elvı̇ n Şamo oğlundan alınaraq Tələbkar təhvil verilməsi qərara alınmışdır. İcra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə borcluya göndərilmişdir. Borclu könüllü müddət ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. Sonrakı müddət ərzində Borclu borcla əlaqədar borcunun olması bildirilsədə borcu ödəməmiş, dəfələrlə şöbəyə dəvət olunmasına baxmayaraq şöbəyə gəlməmiş, gəlməməsinin səbəbini bildirməyərək, məhkəmə qərarını qərəzli formada icra etməmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-376/2023, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, xx.xx.1955-ci ildə anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yaşayan Borclu məcburi qaydada gətirilməsi qərara alınmışdır. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-376/2023, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, qızıl-zinət əşyaları olan damla formalı kulon (üstü Allah yazısı)-750 prob. 7q-mehr üçün-350 AZN, gümüş zinət əşyaları (özü aldığı) 925 prob, 10q-80 AZN, Cehiz əşyaları: qonaq otağı mebeli (kamod, servant, TV altı, stol və 8 ədəd stul); yataq otağı (yataq, şifoner, güzgülü stol, stul, 2 tumba)-iki mebel dəsti birlikdə- 4500 AZN; mətbəx mebeli-2000AZN; aspirator (mətbəxt üçün)-180 AZN; qaz peçi-350 AZN; elektrik peçi-200 AZN; paltaryuyan maşın-950 AZN; ətçəkən maşın-150AZN; şirəçəkən maşın-80 AZN; tozsoran (Samsung)-240 AZN; ütü (Philips)-80 AZN; mikser-150 AZN; sitrus sıxacağı-50 AZN; elektrik çaydanı-60 AZN; qazan dəsti (mətbəxtdə işlədilən)- 450 AZN; çəngəl-bıçaq dəsti (mətbəxdə)-50 AZN; tərəzi-25 AZN; boşqab dəsti (mətbəxtdə işlədilən 24 ədəd)-50 AZN; çay dəsmalı 24 ədəd- 1 2 0 AZN; fincan, çaydan dəsti-60 AZN; nikel çaydan, qazan dəsti-200 AZN; süfrə 6 ədəd-480 AZN; pərdə 4 ədəd-600 AZN; xalça (2 böyük qonaq, 2 kiçik yataq otağı üçün, 2 kiçik mətbəxt üçün)-3000 AZN; yataq örtüyü 4 ədəd (qırmızı, yaşıl, 2 ədəd qəhvəyi)-600 AZN: yorğan 3 ədəd (2 tək, 1 iki nəfərlik)-300 AZN; döşək 1 ədəd (2 nəfərlik)-200 AZN; yastıq 8 ədəd-250 AZN; yataq dəstləri 5 ədəd- 400 AZN; xrustal qab dəsti (servantda)-300 AZN; nahar dəsti; boşqab 12 nəfərlik 36 ədəd, Şorba qabı-600AZN; çəngəl-bıçaq-qaşıq dəsti-180 AZN; çanta içində bıçaq dəsti-100 AZN; stəkan, bakal dəsti, qrafin-250 AZN; qəhvəyi güldan dəsti-250 AZN; çəhrayı böyük güldan-80 AZN; pike yay yorğanı dəsti 3 ədəd-120 AZN; bogema bokal dəsti-120 AZN; xrustal qrafin+bokal dəsti-120 AZN; kofe dəsti-200AZN; çay dəsti- 1 2 0 AZN; şirniyyat qabı dəsti-100 AZN; şamdan 2 ədəd-40 AZN; xrustal armudu stəkan dəsti, böyük dəst-90 AZN; nəlbəki dəsti (2 ədəd)-50 AZN; çuqun dəst (qazanlar+aşsüzən)-120 AZN; kənarı gümüş işləməli nəlbəki, boşqab, limonluq dəsti-150 AZN; dəsmal dəsti-100 AZN; şəxsi əşyaları və uşağa aid əşyalar: palto-250 AZN; ayaqqabı, çəkmə-120 AZN; plaş (qəhvəyi dəri, boz, qara)-350 AZN; çanta-50 AZN; digər geyimlər; şəxsi şəkil albomları və diskdə şəkillər, qızına aid geyimlər, şəkillər, CD və DVD disklərin surətləri cavabdehlər İbrahı̇ mov Şamo Kərı̇ m oğlundan və İbrahı̇ mzadə Elvı̇ n Şamo oğlundan alınaraq Tələbkar təhvil verilməsi qərara alınmışdır - xx.xx.2023-cü il tarixli Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-376/2023, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-376/2023, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. İş materillarından görünür ki, borclu icra məmurunun çağırışına gəlməkdən yayınır. Həmçinin iş materiallarında olan sms xəbərdarlıqdan görünür ki, borcluya məhkəmə tərəfindən sms xəbərdarlıq göndərilmiş və “Çatdırıldı” statusunda olmuşdur. Beləliklə, Borclu rəsmi qaydada məhkəmə iclasları barədə məlumat verilsə də, iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Borclu İcra Şöbəsinə gəlməkdən qəsdən boyun qaçırdığından, icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığından o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1955-ci ildə anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yaşayan Borclu Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar