Məhkəmə qərarları › İş №8(007)-362/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-362/2022

14.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-362/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu icra orqanına məcburi gətirilməsinə dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu icra orqanına məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ilk iddianın qismən təmin edilməsi, X4 istifadəsində olan Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərəncamına əsasən icarə hüququ əsasında ona ayrılmış 75 kv.m. torpaq sahəsində inşa edilmiş,Bakı şəhəri,Nizami rayonu, 2528-ci məhəllə,K.Balakişiyev küçəsi 76 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 75.44 kv.m olan qeyri yaşayış sahəsinə X7 (Alıev Kenan) ½ hissədə istifadə hüququnun tanınması,həmin əmlakın 19 iyun 2017-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-nə icarəyə verilməsi nəticəsində 2019cu ilin avqust ayından (boşanman qətnaməsinin tarixindən) 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 600 manat məbləğin ½ hissəsi, 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X1 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 150 manat məbləğin ½ hissəsi və 02 dekabr 2021-ci il tarixli müqavilə əsasında X2 icarəyə verilməsi nəticəsində müqavilə bağlandığı tarixdən 2022-ci ilin mart ayınadək ödənilmiş aylıq icarə haqqı olan 100 manat məbləğin ½ hissəsi X3 alınaraq X8 (Alıev Kenan) verilməsi, X3 7000 manat dəyərində olan nişan üzüyü alınaraq X9 (Alıev Kenan) verilməsi,X3 ev əşyaları – şkaf, çarpayı, yolka və kombinin dəyəri olan 835 manatın ½ hissəsi,417.50 manat alınaraq X8 (Alıev Kenan) verilməsi, qalan hissədə ilk iddanın təmin olunmaması, Borclu X7 (Alıev Kenan) əmlakın dəyərinin yarısının ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin olunmaması,LP-163/20 saylı ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun ½ hissəsi Borclu, ½ hissəsi isə X6 alınaraq "xxxx"MMC-niin hesabına köçürülməsi, LP-151/21 saylı ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul Borclu alınaraq "xxxx" MMC-niin hesabına köçürülməsi qət olunmuşdur. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə şöbənin icratına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcluya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi icra sənədinin icrası təmin edilməmiş və şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Odur ki, borclu şəxsin məcburi qaydada gətirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu icra orqanına məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, icra sənədi üzrə borclunun məcburi qaydada gətirilməsi dair icra məmurunun təqdimatı təmin edilməməlidir. Belə ki,işin hallarından görünür ki,qeyd olunan məhkəmə qərarından Borclu tərəfindən apellyasiya şikayəti verilmişdir.İş üzrə yekun məhkəmə qərarı qəbul olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-37/2022-051 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu icra orqanına məcburi gətirilməsinə dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar