Məhkəmə qərarları › İş №8(007)-364/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-364/2023

21.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-364/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədullayev İrfan ilyas oğlunun katibliyi ilə, Borclu “məcburi qaydada gətirilməsi” barədə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e- 2(007)-352/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə xx.xx.2023-cü il tarixdən hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvanına bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olmasına baxmayaraq Bakı şəhəri Nizami rayon icra şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır. Belə halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci və 84.3-cü maddələrini rəhbər tutaraq, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edəlməsi xahiş edilmmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-352/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, xx.xx.1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-352/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia təmin edilmiş, Borclu ilə Tələbkar arasında 2 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış və 971 nömrə ilə rəsmiləşdirilmiş 05 may 2014-cü il tarixli nikah qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları Tələbkar himayəsində saxlanılmaları, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə xx.xx.2023-cü il tarixdən hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulması və Borclu 50 manat mediasiya xərci,10 manat poçt və kərgüzarlıq xərci 51 manat dövlət rüsumu alınaraq Tələbkar verilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-352/2023-020 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra icraata başlanılması qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-352/2023-020 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmiş, bu müddətdə üzrsüz səbəbdən icra sənədini icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. İş materillarından görünür ki, borclu icra məmurunun çağırışına gəlməkdən yayınır. Eyni zamanda, Borclu məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Borclu İcra Şöbəsinə gəlməkdən qəsdən boyun qaçırmışdır, icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığından o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar