Məhkəmə qərarları › İş №8(007)-364/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-364/2025

18.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-364/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2688/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilməsi barədə X1 ərizəsinə dair iş üzrə Açar sözlər: (qətnaməyə izah verilməsi; əmək müqaviləsi; elektron informasiya sitemi) X8 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Tələbkarın vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2688/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Ərizəçinin tələbi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2688/2020 saylı iş üzrə iddiaçı X2 qətnaməyə izah verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)- 2688-2020 saylı. xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X2 ilə X7 arasında bağanmış 59B632W000100 saylı əmək müqaviləsinə xilam verilməsi barədə qətnaməsi həmin əmək müqaviləsinin qüvvədən düşməsi üçün "əmək və məşğulluq altsistemində” X4 Xidməti tərəfindən qeydlərin aparılmasına əsas olub-olmaması barədə izah verilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X2 cavabdeh X5rşı əmək müqaviləsinə xitam verilməsinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət ermişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-2688/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək X2 ilə X7 arasında bağanmış 59B632W000100 saylı əmək müqaviləsinə xitam verilmişdir. Adıçəkilən qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Lakin həmin qətnamə bu günə qədər də icra edilməmişdir. Bununla bağlı tərəflərindən X4 Ximətinə müraciət olunmuş lakin Əmək Müfəttişliyi adıçəkilən qətnaməni icra etməkdən yayınmışdır. Əmək Müfəttişliyi Xidməti öz imtinasını onunla əsaslandırmışdır ki, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xilam verilməsi məsələsinə baxılarkən xidmət olaraq işə cəlb olunmamışlar və həmin qətnamə ilə onların üzərinə bu barədə qeydin "əmək və məşğulluq altsistemində” işlənilməsi vəzifəsi onlara həvalə edilməmişdir. İddiaçı tərəfindən bu məktub əsasında Əmək Müfəttişliyi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş lakin Bakı İnzibati Məhkəməsi həmin iddianı mümkün saymamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə Əmək Müfəttişliyinin üzərinə bir vəzifə qoyulmadığından onların hərəkətlərində qanunu pozan hər hansı bir nüans mövcud deyildir. Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə elə bir situasiya yaranmışdır ki, onlar yenidən eyni tələblə bağa məhkəməyə müraciət edə bilmir. Mübahisənin inzibati məhkəmə icraatı qaydasında həll edilməsi variantı da Bakı İnzbati Məhkəməsinin müvafiq qərardadı ilə qeyri-mümkün olmuşdur. Bu zaman yeganə yol olaraq hazırkı qətnaməyə izah verilməsi variantı çıxış edir. Çünki qəbul edilmiş qətnamədə əmək müqaviləsinə xitam verilməsi əks olunsa da, həmin qətnamənin icra mexanizmi nəticə hissəsində əks olunmamışdır. İş materialları: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2688/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, X2 ilə X7 (VÖEN **********) arasında bağlanmış 59B632W000100 saylı əmək müqaviləsinə xitam verilməsi qət edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən tələbkarın vəkili və nümayəndəsi Nümayəndə ərizənin dəlillərini müdafiə etdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 49-cu maddəsinin 1 və 4-cü hissələrinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçısının izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, sözügedən məhkəmə qətnaməsi ilə əmək müqaviləsinə xitam verildiyindən və Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş elektron informasiya sisteminə daxil edilməlidir. İşin hallarından məlum olmuşdur ki, hazırki mübahisə üzrə işəgötürən iş yerini bağlayaraq ölkəni tərk etmiş və onunla əlaqə yaradılması qeyrimümkün olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, müaviləyə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daşıyır. Nəticə: Beləliklə, ərizə təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2688/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2688/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin nəticə hissəsində “X2 ilə X7 (VÖEN **********) arasında bağlanmış 59B632W000100 saylı əmək müqaviləsinə xitam verilsin” cümləsinə X2 ilə X7 (VÖEN **********) arasında bağlanmış 59B632W000100 saylı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi kimi izah verilməli, qərardadın icrası aidiyyəti üzrə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2688/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2688/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin nəticə hissəsində “X2 ilə X7 (VÖEN **********) arasında bağlanmış 59B632W000100 saylı əmək müqaviləsinə xitam verilsin” cümləsinə X2 ilə X7 (VÖEN **********) arasında bağlanmış 59B632W000100 saylı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi kimi izah verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar