Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-365/2024 18.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqova təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(007)-40/2024-041 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1990-cı ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 42148 manat məbləğində pul vəsaiti və 36.59 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nizami rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sərədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununu 84-1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icra məmuru, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-40/2024 nömrəli icra sənədindən görünür ki, Borclu 42148 manat məbləğində pul vəsaiti və 36.59 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmiş, bu müddətdə üzrsüz səbəbdən icra sənədini icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə tətbiq edilə bilər. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, borclu “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinin tələbini pozaraq məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatı təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, qərardadın icrası Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatı təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-40/2024 nömrəli icra sənədi üzrə borclu – xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №8(007)-365/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-365/2024
18.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver