Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-366/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Borclu1 iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mənzilinin qapısının məcburi qaydada açılması barədə” Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mənzilinin qapısının məcburi qaydada açılması barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, borclular Borclu2 və Borclu1 xx.xx.2022-ci il tarixdə tələbin icrası haqqında bildiriş göndərilmişdir. Borclular Borclu2 və Borclu1 icra sənədinin icrası ilə əlaqədar müəyyən edilən gündə icradan boyun qaçıraraq icra sənədinin icrasını təmin etməmişlər və X1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə şərait yaratmamışlar. Belə olan halda, tələbkar X1 etibarnamə üzrə nümayəndəsi X3 xx.xx.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mənzilinin qapısının məcburi qaydada açılmasınə dair təqdimatla məhkəməyə müraciət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu1 izahatında bildirdi ki, X2 onun keçmiş gəlinidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində nəvəsi ilə birlikdə yaşayır. Lamiyə yüngül həyat tərzi keçirdiyi üçün nəvəsi onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçməsini istəmir. Onlar Lamiyəni evə buraxmayacaqlar, çünki o, gəlsə nəvəsinin əlindən xəta çıxar və pis nəticə verə bilər. Qeyd olunanlara əsasən təqdimatın rədd edilməsini məhkəmədən xahiş etdi. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru, tələbkar və Borclu2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, X1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 (on) gün) müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 43.1.5-ci maddəsinə əsasən bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 73.1-ci maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. İşin məhkəmə iclasında araşdırılan hallarından və Borclu1 məhkəmə iclasında verdiyi izahatında etiraf etdi ki, sonuncu və digər Borclu2 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etməyərək, tələbkarın ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə maneçilik törədirlər. Məhkəmə yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələbinə əsasən belə qənaətə gəlir ki, borclular Borclu2 və Borclu1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3205/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin etmədiklərindən təqdimat təmin edilməli və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mənzilinin qapısı məcburi qaydada açılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mənzilinin qapısı məcburi qaydada açılsın. Qərardadın icrası Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-366/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-366/2022
10.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver