Məhkəmə qərarları › İş №8(007)-367/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-367/2023

12.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-367/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil2, Borclunun vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-866/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)- 866/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.02023-cü il tarixli 2(007)-866/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar qismən təmin edərək, ondan 12230 manat məbləğində borc, ödənilmiş 120,2 manat dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 342 manat məbləğində pulun əvəzi tutularaq iddiaçı Tələbkar ödənilməsini, ödənilmiş dövlət rüsumunun 9,8 manatı və vəkilin döstərdiyi hüquqi yardıma görə ödənilmiş pulun 28 manatı iddiaçı Tələbkar qızma aid edilməsi qət etmişdir. Həmin qətnamə icraya yönəldilmişdir. Qətnamənin icrası Nizami rayon İcra Şöbəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə Nizami rayon İcra Şöbəsinin icra məmuru icraata başlanmaq haqqında qərar qəbul etmiş və bununla əlaqədar ona bildiriş göndərmişdir. Bildirir ki, məhkəmə tərəfindən qət edilmiş həmin məbləğı birdən ödəmək iqtidarında deyil. Belə ki, o, işləyir, əmək haqqı 550 manatdır. O, həmin əmək haqqının bir qismini, yəni 200 manat məbləğində pulu "xxxx" ASC-yə olan borcuna ödəyir, oğlu 2-ci Qarabağ müharibəsi veteranıdır, onun müalicə xərclərini də ödəyir. Başqa heç bir qazanc yeri yoxdur. Məhkəmə tərəfindən qət edilmiş pul məbləğinin birdəfəlik ödəyə bilmir, buna baxmayaraq hər ay 130 (bir yüz otuz) manat ödəyə bilər. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-866/2023 saylı qətnaməsinin hissə-hissə hər ay 130 (bir yüz otuz) manat olmaqla tələbkara yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili Vəkil2 ərizəyə etiraz edərək bildirdi ki, icra sənədi üzrə ödənilməli olan pulun hər ay 130 manat olmaqla ödənilməsi tələbkarın mənafeyinə uyğun deyil və icra sənədinin icrasını ağlabatan olmayan müddətə uzadır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında borclunun vəkili Vəkil1 ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclu aylıq 200 manat ödəniş etməyə razıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-866/2023 saylı icra sənədinə əsasən iddia qismən təmin edilərək, cavabdeh Borclu 12230 manat məbləğində borc, ödənilmiş 120,2 manat dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 342 manat məbləğində pulun əvəzinin tutularaq iddiaçı Tələbkar ödənilməsi, ödənilmiş dövlət rüsumunun 9,8 manatı və vəkilin hüquqi göstərdiyi yardıma görə ödənilmiş pulun 28 manatının iddiaçı Tələbkar aid edilməsi qət edilmişdir. Hazırda borclu aylıq 550 manat əmək haqqı aldığını, kredit ödənişləri etdiyindən borcdan hissə-hissə olmaqla aylıq 130 manat (məhkəmə iclasında 200 manat) ödəyə biləcəyini qeyd etmişdir. Hazırkı vaxtadək icra sənədi üzrə ödəniş edilməmişdir. Məhkəmə hesab edir ki, Borclu hazırkı ərizəsində qeyd etdikləri onun qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz. Belə ki, məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd edir ki, borclunun hazırkı mövqeyi, yəni borcun hər ay 130 manat ödənilməsi qətnamənin icrasının ağlabatan olmayan müddətdə təmin olunması, xeyrinə qərar çıxarılmış tələbkarın isə hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, Borclu qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün əsas yoxdur, ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)- 866/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar