Məhkəmə qərarları › İş №8(007)-371/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-371/2024

26.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-371/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Tələbkar Məmmədova (Gərayeva) Zərifə Vüqar qızının iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Gültac Sadıqova borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş, təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2137/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment, 50 manat mediasıya xərci tutulub Tələbkar ödənilməsi qərara alınıb. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilib və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilib. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul edib və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırıb. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməyib. Qeyd edilən qərar xx.xx.2024-ci il tarixdə tərəflərindən qəbul edilərək Borclu ünvanına göndərilib və həmin qərardan şikayət verilməyib. Qeyd edilənlərə əsasən Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında tələbkar Məmmədova (Gərayeva) Zərifə Vüqar qızı təqdimatın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icra sənədi üzrə 2060 manat borc var. Borclu hazırkı icra sənədi üzrə iki dəfə cərimələnib. Borclunu ancaq məhkəmələrdə görür, onunla ünsiyyəti yoxdur. O, iki ay əvvəl barəsində məcburi gətirilmə təmin edildikdən sonra icra sənədi üzrə ödəniş edib. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, icra şöbəsinin icraatında olan icra sənədi üzrə borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə məhkəmə hesab edir ki, təqdimat təmin edilərək sözügedən borclu barəsində məcburi gətirilmə tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2137/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1989-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Nizami rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar