Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-372/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Natiq qızının katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş, təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1672/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar MMC-nin xeyrinə cəmi 1067,37 manat borc pul vəsaitinin tutulması qərara alınmışdır. İcra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə borcluya göndərilmişdir. Borclu könüllü müddət ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. Sonrakı müddət ərzində Borclu borcla əlaqədar borcunun olması bildirilsə də, borcu ödəməmiş, dəfələrlə şöbəyə dəvət olunmasına baxmayaraq şöbəyə gəlməmiş, gəlməməsinin səbəbini bildirməyərək, məhkəmə qərarını qərəzli formada icra etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1672/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1990-cı ildə anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 59, mənzil 33 ünvanında qeydiyyatda olan Borclu Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Tələbkar MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırki dövrə kimi X2 tərəfindən heç bir ödəniş edilməmişdir. İş üzrə heç bir əlavə tələbləri və vəsatətləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, iş üzrə xx.xx.2022ci il il tarixə, saat 12:20-yə təyin edilmiş məhkəmə iclasını tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan keçirərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1672/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X1 icra şöbəsinə məcburi gətirilməsi barədə Nizami Rayon İcra Şöbəsinin icra məmuru F.Şahhüseynovun təqdimatının təmin edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, icra şöbəsinin icraatında olan icra sənədi üzrə borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə məhkəmə hesab edir ki, təqdimat təmin edilərək sözügedən borclu barəsində məcburi gətirilmə tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1672/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə 12 avqust 1990-cı ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Nizami rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-372/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-372/2022
14.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver