Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-373/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Təqdimat vermiş şəxs Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Borclu məxsus “əmlak üzərinə həbs qoyulması”na dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e- 2(007)-1535/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, X3 və Borclu üzərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci X6 xanım Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə, Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Şəbinə xanım Əliyevaya, Azərbaycan Respublikasının Ədliyyə Naziri və Məhkəmə-Hüquq Şurasının əvvəlki sədri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri cənab Ramiz Rzayevə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının iqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi cənab Mətin Eynullayevə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri cənab Zaur Mikayılova və Quba rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə göndərdikləri rəsmi ərizə və şikayətlərdə iddiaçı “X11, Hospitality and Management” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində yaydıqları məlumatlar həmin dövlət orqanlarının rəhbərlərinə rəsmi müraciət göndərməklə təkzib edilsin və iddiaçının qanuni təmsilçisindən MMC-nin hüquqi ünvanına yazılı məktub ünvanlanmaqla üzr istənilsin. Həqiqətə uyğun olmayan, məlumatların yayılması nəticəsində iddiaçı “X11, Hospitality and Management” Məhdud Məsuliyyətli Cəmiyyətinin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi X3 və Borclu hər birindən 5000 (beş min) manat olmaqla, cəmi 10000 (on min) manat, vəkil xərcinə görə 2480 manat və ödənilmiş 263 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12743 manat tutularaq “X11, Hospitality and Management” MMC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanmış və bu barədə tərəflərə məlumat verilməsi təmin edilmişdir. Lakin Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədinin icrasını təmin etməmiş və icranı təmin etməməsinin səbəbləri barədə şöbəyə məlumat verməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq dövlət qeydiyyat orqanlarına sorğular edilmiş və əldə olunan məlumata əsasən Borclu adma Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində ev 6B, 26 saylı mənzil aşkar edilmişdir. Göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq Borclu məxsus Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində ev 6B, 26 saylı mənzilin üzərinə həbs qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında icra məmuru X4 təqdimatın təmin edilməsini xahiş etdi. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə, icra məmurunun izahatını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində mənzil barədə məlumatlar yoxlanılarkən müəyyən edilmişdir ki, təqdimatda bəhs olunan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 6B, 26 saylı mənzil paylı mülkiyyətdə olmaqla, X2 ¼ hissədə payı müəyyən olunmaqla mülkiyyətindədir. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən əmlak üzərinə həbs qoyulması barədə təqdimatda göstərilən xüsusatlar tamamilə əsassızdır, hansı ki, həmin əmlak üzərinə həbsin qoyulması gələcəkdə əmlakın paylı mülkiyyətçisinin qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına səbəb ola bilər. Buna görə də, məhkəmə hesab edir ki, təqdimat rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1535/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı rədd edilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №8(007)-373/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-373/2023
06.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver