Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-375/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Borclu iştirakı ilə, Borclu “məcburi qaydada gətirilməsi” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1861/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 859 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcluya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və heç bir münasibət bildirilməmişdir. Məlum icra sənədinin icrası məqsədi ilə Borclu icra sənədində qeyd edilən ünvana ünvan 1əbərdarlıq göndərilmiş, lakin qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Nəticədə icra sənədinin icrasından qərəzli olaraq yayınan Borclu inzibati xəta haqqında protokolun tərtibində iştrakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, qeyd olunan təqdimatda göstərilənlərlə razı deyil. Pandemiya ilə əlaqədar borcunu ödəyə bilməmişdir. İcra məmurunun onu çağırmasından isə məlumatı olmamışdır. İcra məmuru onu çağırmayıb, məlumat verməyib, ona görə icra şöbəsinə getməli olduğunu bilməyib. Yəni icra məmurunun çağırışlarından yayınmamışdır, bu səbəbdən təqdimatın rədd edilməsini xahiş etdi. Təqdimatı vermiş icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə borclunu dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1861/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2019-cu il tarixli 01038689 nömrəli müqaviləyə əsasən, Alyans-Paris kamod, Alyans-Paris masa, Alyans-Paris TV altı, Venetsiya markalı mebel üçün 780.4 manat ödənilməmiş hissə, 78.6 manat cərimə, ümumilikdə 859 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Borclu "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 1861/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli bildirişinin surətindən görünür ki, Borclu Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1861/2022 saylı icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, təqdimatda icra məmuru tərəfindən borclunun məhkəmə qərarının icrası ilə bağlı dəfələrlə yazılı qaydada xəbərdar olunması qeyd edilsə də, bu əlaqələrin yaradılmasını təsdiq edən telefonoqram, o cümlədən borclunun çağırışa gəlməməsinin səbəblərinin üzrlü və ya üzürsüz səbəbdən baş verməsini təsdiq edən müvafiq sənədlər, təqdimata əlavə olunmuş qərarın, bildirişin, göndərişin, xəbərdarlığın borclu tərəfindən almasını təsdiq edən xəbərnamə və ya reyestr təqdimata əlavə edilməmişdir. Bununla da icra məmurunun borclunu məlumatlandırmaq istiqamətində gördüyü tədbirlərin və ya göndərdiyi qərar və bildirişlərin formal olaraq icra işinə əlavə olunması müəyyən olundu. Əlavə olaraq nəzərə alınmalıdır ki, borclu məhkəmənin çağırışından da yayınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Hazırki halda, Borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayınmasını təsdiq və sübut edən hər hansı sənəd təqdimata əlavə edilmədiyindən və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, icra məmurunun həmin borclunun məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1861/2022 saylı nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-375/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-375/2022
25.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver